xari

Vaxtında ödə, endirim qazan!

İQTİSADİYYAT
17:43 11.01.2021
277
"AccessBank” 2020-ci ilin ilk nağd kredit kampaniyasına start verir.
 
AZXEBER.COM xəbər verir ki, kampaniyanın şərtinə əsasən, müştərilər yeni verilmiş kredit üzrə 12 ay ərzində ödənişi gecikməsiz etdikləri halda, kreditin növbəti ilində Bank tərəfindən 1% endirim qazanacaqlar.

Məsələn, müştəri 20% ilə 24 aylıq kredit götürərsə, ilk 12 ay ərzində ödənişləri yubatmadan ödədikdə, 13-cü ayın ilk günündən etibarən illik faiz dərəcəsi 19%-ə endiriləcək.  Əsas məqam isə budur ki, müştəri endirimi Banka yaxınlaşmadan, avtomatik əldə edəcək.    

Kampaniyadan yararlanmaq üçün "AccessBank”ın yaxınlıqdakı filialına müraciət edə bilərsiniz. Ətraflı məlumat üçün 151 Əlaqə mərkəzi xidmətinizdədir.

OXŞAR XƏBƏRLƏR