"Vəhşilik edib qan tökmək hansı dində, hansı müqəddəs kitabda yazılıb?" - Millət vəkili

"Vəhşilik edib qan tökmək hansı dində, hansı müqəddəs kitabda yazılıb?" - Millət vəkili
SİYASƏT
14:20 12.07.2018
8242
"Gəncədə baş verən terror, iki polis zabitinin qətlə yetirilməsi dəhşətli cinayətdir. Bu həm dövlətə, həm də dini-mənəvi dəyərlərimizə qarşı yönəlib.”
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. 

Onun sözlərinə görə, Gəncədə törədilən təxribat ölkəmizə, onun dövlətçiliyinə, müstəqilliyinə vurulan bir zərbədir: "Baş verən hadisə ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb. Bu təkcə gəncəlilərə yox, Gəncənin timsalında bütün Azərbaycana qarşı yönəlmiş ssenaridir. Din və şəriət adına ləkə gətirən bir qrup radikal ünsürün xarici havadarlarına uyaraq belə bir vəhşilik törətməsi dini-mənəvi dəyərlərimizə də, şəriətimizə də zidddir. Bunların nə Qurana, nə də digər müqəddəs kitablara aidiyyəti var. Adam öldürmək, dövlətə, xalqa, millətə, ağsaqqala, ağbirçəyə, qanun keşikçisinə qarşı çıxmaq, hələ üstəlik vəhşilik edib qan tökmək hansı dində, hansı müqəddəs kitabda yazılıb? Bu hərəkətlər heç bir əxlaq kateqoriyasına, heç bir əxlaq normasına sığmır”.
 
Hadisənin baş vermə səbəbləri ilə bağlı təəssüratlarını bölüşən millət vəkili hesab edir ki, Gəncədə təxribatının arxasında dövlətimizi sevməyən qüvvələr dayanır: "Bizim hörmətli din xadimlərimizin, sağlam ruhlu və düşüncəli ilahiyyatçılarımızın dini-əxlaqi dəyərlərimiz barədə tutarlı izahatlarına baxmayaraq, nə üçün bəzi nadanlar və cəhalət adamları xarici təsirlərə qarşı məzlumcasına baş əyirlər? Bəlkə sosial şəbəkələrdə, saytlar və informasiya portallarında, xarici məlumat agentliklərində canfəşanlıq göstərən, insanların həssas və kövrək duyğuları ilə oynamağı bacaran "gözəgörünməz” müəlliflərin xidmətidir bu təsirlər? Bəlkə internet şəbəkələrimizdə və saytlarımızda bu və ya digər davranış məsələlərinə qeyri-peşəkar yanaşmalar var? Hesab edirəm ki, bütün hallarda bu hərəkətlərin, qanuna zidd əməllərin arxasında Azərbaycanı istəməyən gizli qüvvələr dayanır, əsas niyyətləri də sabitliyi pozmaq, insanlar arasında xof yaratmaq, onları kütləvi itaətsizliyə yönəltməkdir. Əlbəttə, bizim hüquq-mühafizə orqanları bu işi araşdıracaq və əminəm ki, cinayət törədənləri və təşkilatçıları aşkara çıxaracaq. Heç şübhəsiz onlar qanun qarşısında cavab verəcəklər”.
 
Soydaşlarımızı diqqətli olmağa çağıran deputat qeyd etdi ki, bu mərkli ssenariyə qarşı mübarizə hər birimizin mənəvi borcudur: "Son dövrlər Cənab Prezident İlham Əliyevin məqsədyönlü addımlarını, qətiyyətli daxili və xarici siyasətini sevməyən, gözü götürməyən ünsürlər fəallaşıb, onlar sistemli şəkildə ideloji təxribatla məşğul olurlar. Xarici ölkələrdə "isti yerdə” oturub saytlar, portallar, dini və etnik cərəyanlar və qurumlar vasitəsilə, youtube kanalları ilə nə cür olur-olsun xalqımız arasına təfriqə salmağa, bizim uğurlarımıza kölgə salmağa çalışırlar. Hətta bəzi xarici dini saytlar üsyana, itaətsizliyə səsləyən çağırışlar da edirlər. Xarici anti-Azərbaycan qüvvələrin belə bir mənfur niyyətini anlamaq çətin deyil, amma təəssüf ki, sapı özümüzdən olan baltalar – daxilimizdəki bəzi ünsürlər və qruplar onlara dəstək verir. Biz öz içimizdəki nankorların xain hərəkətlərinə də göz yuma bilmərik. Düşünürəm ki, ictimai rəyə təsir imkanı olan bütün insanlarımız bu adamları mümkün qədər qınamalı, cinayətə bəraət qazandıran adamların utancverici hərəkətlərini pisləməlidir. Biz hamımız dövlətimiz və Prezidentimizin ətrafında sıx birləşməliyik. Vətənimizin, torpağımızın, dövlətimizin mənafeyi naminə hamı bir nöqtəyə vurmalıdır. Və tam əminliklə deyə bilərəm ki, Azərbaycan dövlətini, onun müstəqilliyini, milli maraqlarını, mənəvi-əxlaqi dəyərlərini heç bir terror və təxribat sarsıda bilməz, çünki onun arxasında müdrik xalqıyla güclü liderinin sarsılmaz birliyi dayanıb”.
 
Azər Niftiyev,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Japarov xanımı ilə Bakıya gəldi - Fotolar
17:55 14.10.2026
Japarov xanımı ilə Bakıya gəldi - Fotolar
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:34 14.10.2026
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
17:23 14.10.2026
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO