Velosipedçilər fləşmob keçirdi

MARAQLI
21:29 29.04.2012
1603
İtaliyanın paytaxtı Romada minlərlə velosipedçinin iştirakı ilə fləşmob baş tutub. Velosipedçilər Roma küçələri ilə hərəkət edərək, saatlarla yollardakı hərəkəti iflic ediblər. Fləşmobun keçirilməsində məqsədi yollarda təhlükənin artmasına diqqət çəkmək olub. Təşkilatçılar siqnal verən kimi minlərlə velosipedçi yola düşüb. Fləşmob təşkilatçısı olan "Salvaçiklisti" yaxud "Velosipedçiləri xilas edin" adlı hərəkatın məlumatına görə, aksiya iştirakçıları ötən il İtaliyada yol qəzalarında ölmüş 25 min velosipedçi və piyadanın xatirəsini də yad ediblər. Hərəkatın bu addımı yerli rəhbərliyə yollarda təhlükəsizliyi artırmaq üçün tədbirlər görməyə çağırış xarakteri daşıyıb.
OXŞAR XƏBƏRLƏR