Venesuelada səfərbərlik elan edilib

Venesuelada səfərbərlik elan edilib
SOSİAL
13:31 03.01.2026
314
Venesuelada səfərbərlik elan edilib.

Bunu Venesuelanın xarici işlər naziri İvan Hil Pinto bəyan edib.

Qeyd olunub ki, Venesuela Bolivar Respublikasının hökuməti ABŞ-ın Karakasda, eləcə də Miranda, Araqua və La-Quayra ştatlarında mülki və hərbi obyektlərə qarşı həyata keçirdiyi "kobud hərbi təcavüzü” kəskin şəkildə pisləyir.

Bəyanatda qeyd olunub ki, ABŞ-ın bu hərəkətləri BMT nizamnaməsini pozur, Latın Amerikası və Karib regionunda sülh və sabitliyə təhdid yaradır və milyonlarla insanın həyatını təhlükə altına qoyur.

Bildirilir ki, Prezident Nikolas Maduro əhalinin və dövlət institutlarının qorunması məqsədilə ölkə üzrə milli müdafiə planlarının tətbiq edilməsi barədə göstəriş verib və bütün ölkə ərazisində "xarici təhlükə vəziyyəti”nin elan olunması haqqında fərman imzalayıb.

Venesuela bütün sosial və siyasi qüvvələri səfərbərliyə, təcavüzə qarşı aktiv müqavimət göstərməyə və ölkənin silahlı müdafiəsinə hazır olmağa çağırıb.

Qeyd olunur ki, eyni zamanda Venesuelanın diplomatik qurumları ABŞ-ın təcavüzü məsələsini BMT Təhlükəsizlik Şurasında, həmçinin CELAC və Qoşulmama Hərəkatı çərçivəsində qaldıraraq Vaşinqtonun pislənməsini və məsuliyyətə cəlb olunmasını tələb edəcəklər.

Venesuela BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qanuni özünümüdafiə hüququna malik olduğunu bəyan edib və Latın Amerikası, Karib regionu ölkələrini, eləcə də bütün dünyanı həmrəylik nümayiş etdirməyə çağırıb.
 
///APA 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR