ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İranla müharibəni noyabrın 3-də keçirilən aralıq seçkisində Respublikaçılar Partiyasının məğlubiyyətinin əsas səbəbi adlandırıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Vens bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Məğlubiyyətimizin səbəbi İranla müharibədir. Prezident Donald Tramp özü də ötən gecə bunu bəyan etdi. Əgər müharibənin buna dəydiyini və Senata nəzarəti itirməyimizə haqq qazandırdığını sübut etmək istəyirsinizsə, bunu edin. Deyin ki, bu, ödəməyə dəyər bir bədəl idi. Razılaşın və ya razılaşmayın, hər halda bu, dürüst yanaşmadır. Lakin nə üçün uduzduğumuzu hər kəs bilir. Bundan sonra nə etməli olduğumuzla bağlı hər bir dürüst müzakirə məhz bundan başlamalıdır. Mən hələ də ölkəmizə ümid bəsləyirəm", - deyə paylaşımda qeyd olunub.
Vens məğlubiyyətin digər səbəbləri arasında inflyasiyanın artmasını və İsraillə münasibətləri də sadalayıb. O, həmçinin 2024-cü ildə Donald Trampı dəstəkləyən bir çox amerikalının builki seçkidə demokratlara səs verdiyini vurğulayıb.
ABŞ Konqresinə aralıq seçki noyabrın 3-də keçirilib. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 35 üzvü müəyyənləşib.
Seçkilərdə vaxtından əvvəl 50 milyondan çox amerikalı səs verib. Bu göstərici 2022-ci ildə qeydə alınmış 45.9 milyonluq rekordu üstələyib.











































