Vergi borcuna görə iki restoranın əmlakı siyahıya alınıb

Vergi borcuna görə iki restoranın əmlakı siyahıya alınıb
Bütün Xəbərlər
18:00 26.11.2013
715

Vergi borcuna görə Sumqayıt şəhəri Nəsimi parkında yerləşən “Xəzərin sahilində” və Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Lalə” restoranının əmlakı siyahıya alınıb.

AZXEBER.COM Vergilər Nazirliyinə istinadən xəbər verir ki, hər iki restoranın ümumilikdə 11 831 manat vergi borcu olub.Belə ki, “Xəzərin sahilində” restoranının fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 2 398 manat məbləğində borcunun yarandığı müəyyən edilib.Bu barədə vergi ödəyicisinə oktyabr ayının 25-də bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib.Bu müddət bitdikdən sonra Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi restorandakı əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb və 2 400 manatlıq müxtəlif növ məişət avadanlığı müəyyən edilmiş qaydada siyahıya alınıb.“Lalə” restoranının da 9 433 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb və obyektdəki 10 500 manatlıq mebel dəstləri və texnki avadanlıqlar müəyyən edilmiş qaydada siyahıya alınıb.

OXŞAR XƏBƏRLƏR