Vergi əməkdaşı işdən çıxarıldı

Vergi əməkdaşı işdən çıxarıldı
Bütün Xəbərlər
18:00 19.10.2015
1171

Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi Babayev Ramil Məhyəddin oğlu öz vəzifə funksiyalarının icrası zamanı bir sıra ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib.

AZXEBER.COM-a Vergilər nazirliyindən daxil olan məlumata görə, vətəndaş müraciətlərinin araşdırılması ilə bağlı aparılmış təhlillər və daxili nəzarət tədbirləri nəticəsində R.Babayevin məsuliyyət dairəsinə aid olan ərazidə vergi ödəyiciləri ilə işlərin düzgün qurulmadığı, mövcud qaydaların tələblərinə zidd olaraq, onun tərəfindən bəzi hallarda yoxlama materiallarının araşdırılmasında vergi ödəyicilərinin iştirakının təmin edilmədiyi, yoxlama materialları əsasında çıxarılmış qərarların və tələbnamələrin vergi ödəyicilərinə göndərilmədiyi, qanunsuz idman mərc oyunlarının keçirilməsinə, müvafiq icra hakimiyyəti orqanından lisenziya almadan alkoqollu içkilərin satılmasına və aksiz markası ilə markalanmadan tütün məmulatlarının satılmasına, habelə vergi orqanlarında uçota alınmadan və nəzarət-kassa aparatı quraşdırmadan fəaliyyət göstərən vergi ödəyicilərinə qarşı qanunamüvafiq tədbirlər görülmədiyi aşkar edilib.

R.Babayev yol verdiyi nöqsanları etiraf etsə də, son bir neçə ay ərzində onun barəsində analoji nöqsanlara görə töhmət və sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət intizam tənbehi tədbirləri görüldüyü nəzərə alınaraq, vergilər nazirinin 16 oktyabr 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən Babayev Ramil Məhyəddin oğlunun vergi orqanlarında xidmətinə xitam verilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"