Vergidən yayınan azərbaycanlı sahibkar Rusiyada tutulub

Vergidən yayınan azərbaycanlı sahibkar Rusiyada tutulub
Bütün Xəbərlər
15:27 06.06.2013
1168

Azərbaycanda vergidən yayınan sahibkar həbs edilib.

Vergilər Nazirliyindən verilən məlumata görə, Nazirlik yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Ramik Adil oğlu Məmmədov «Şəmkir» MMC-nin direktoru vəzifəsində işləyərkən 2004-cü il noyabrın 1-dən 2007-ci il mayın 1-dək dövr üzrə Vergi Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq vergi ödəyicisi kimi qeydiyyatda olduğu Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edib, 28 062 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayındırıb. İş üzrə şahid qismində dindirilmiş bir sıra müəssisələrin vəzifəli şəxsləri sənədlərdə göstərilən mal-materialları R.Məmmədovdan aldıqlarını və pulu, ƏDV daxil olmaqla həmin müəssisənin bank hesablarına ödədiklərini göstəriblər. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən, «Şəmkir» MMC-nin sənədlərindəki imzaların R.Məmmədova məxsus olduğu dəqiqləşdirilib.

Fakt üzrə Departamentdə 2008-ci il martın 19-da Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) cinayət işi başlanılıb. Cinayət işi dəlillərlə sübuta yetirildiyindən həmin hərəkətlərinə görə R.A.Məmmədov 2008-ci il avqustun 11-də təqsirləndirilən şəxs qismində cəlb edilib, lakin istintaqdan gizləndiyindən və çağırışa gəlməkdən qəsdən boyun qaçırdığından həmin ittihamı ona elan etmək mümkün olmayıb.

Nazirlikdən verilən məlumata görə, R.Məmmədovun Rusiyanın Perm şəhərində gizləndiyi aşkar olunduqdan sonra, onun respublikaya ekstradisiyası üçün barəsində həbs qətimkan tədbirinin seçilməsi zərurəti ortaya çıxıb. Bununla əlaqədar olaraq onun cinayət işi üzrə dayandırılmış icraat yenilənib: «Təqsirləndirilən şəxs R.Məmmədovun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törədə biləcəyi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə məhkəmə baxışının normal gedişinə mane olacağı, istintaqdan və məhkəmədən boyun qaçıracağı ehtimalı olduğundan onun barəsində həbs qətimkan tədbiri seçilib».

Bu ilin martın 20-də R.Məmmədov Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq Azərbaycana ekstradisiya olunub.

«Cinayət işinin istintaqı zamanı R.Məmmədov təqsirləndirilən şəxs qismində dindirilib və o, törətdiyi cinayət əməlini etiraf edib. Hazırda dövlətə vurulmuş ziyanın cinayəti törətmiş şəxs tərəfindən ödətdirilməsi və cinayət işinin yekunlaşdırılıb məhkəməyə göndərilməsi üçün zəruri tədbirlər görülür», - deyə məlumatda bildirilir. //apa

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
Cəlilabadda “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimat mərasimi keçirilib -FOTOLAR
17:15 25.06.2025
Cəlilabadda “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimat mərasimi keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
15:15 25.06.2025
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:13 25.06.2025
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
14:57 25.06.2025
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
14:56 25.06.2025
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
Şəkilləri ilə xanımı şantaj edən sələmçi məhkəmə zalında həbs olundu
14:50 25.06.2025
Şəkilləri ilə xanımı şantaj edən sələmçi məhkəmə zalında həbs olundu
Gəncədə müəllimlər qəzaya düşdü - Xəsarət alanlar var
14:36 25.06.2025
Gəncədə müəllimlər qəzaya düşdü - Xəsarət alanlar var