Vergidən yayınan biznesmen beynəlxalq axtarışa verildi

Vergidən yayınan biznesmen beynəlxalq axtarışa verildi
Bütün Xəbərlər
11:40 17.12.2015
905
İnterpolun saytında məlumat yerləşdirilib.
Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan daha bir biznesmeni axtarışa verib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 57 yaşlı Nəsib Həsənov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilir.
O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
APA-nın əldə etdiyi məlumata görə, N. Həsənov bizneslə məşğul olurmuş.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib.
OXŞAR XƏBƏRLƏR