Vergilər Nazirliyindən “Facebook” istifadəçilərinə xoş xəbər
Bütün Xəbərlər
17:00 30.12.2011
3053
Vergilər Nazirliyi “Facebook” sosial şəbəkəsində iştirakçıların kassa çeki və nağdsız ödəmə vasitələri ilə əlaqəli təbliğat xarakterli kreativ fotoşəkil müsabiqəsini elan edib. AZXEBER.COM-un Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqəyə hər bir “Facebook” iştirakçısı qoşula bilər. Müsabiqəyə təqdim olunan JPG, PNG, PSD, BMP, TİFF qrafik formatlı və minimum 800x600 px ölçülü fotoşəkillər [email protected]/* */ ünvanına göndərilməlidir. Fotoşəkil göndərərkən öz ad, soyadın, iştirakçının yaşadığı şəhər, əlaqə nömrəsi və “Facebook” səhifəsindəki ünvanı barədə məlumatı da qeyd olunmalıdır. Təqdim olunmuş fotoşəkillər Vergilər Nazirliyinin sosial şəbəkədəki səhifəsinin müvafiq fotoalbomunda özünə yer alacaq. Müsabiqədə qaliblər digər iştirakçıların səsverməsi nəticəsində təyin olunacaq. Hər şəklin altında onu bəyənənlər “Like” edir və sonda hər biri üçün göndərilmiş “Like”lərin ümumi sayı cəmləşdirilib qaliblər təyin edilir. Göndərilən şəkillər qrafik formatda deyil, canlı insanların, obyektlərin real təsvirindən ibarət olan kreativ fotoşəkillərdən ibarət olmalıdır. Müsabiqə 1 ay davam edəcək və qaliblər 1-ci, 2-ci və 3-cü yerlər üzrə müvafiq prizlərlə mükafatlandırılacaqlar: 1-ci yer üçün: “Samsung I9100 Galaxy S” mobil telefonu 2-ci yer üçün: “Canon” fotoaparatı 3-cü yer üçün: “BlackBerry Curve 8520” mobil telefonu