"Verilişimə gələn həkimi araşdırıram" - Xoşqədəm Zaura söz atdı

MAQAZİN
16:47 04.05.2018
7497
Xəbər verdiyimiz kimi, aparıcı Zaur Baxşəliyevin reklam etdiyi ginekoloq Natiq Məhərrəmov bir neçə gün əvvəl saxtakarlığa görə həbs edilib.

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında N.Məhərrəmov da yer alıb.

Aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində ad çəkmədən Zaura söz atıb. O, bildirib ki, proqramına dəvət etdiyi həkimlərin hamısını araşdırır:

"Burada həmişə verilişimə gələnlərə deyirəm "nömrəbir" həkimlər. Xoşqədəm bu sözləri elə-belə demir. Hər zaman araşdırır, bilir kimdi, bu həkimin keçmişi nədir, peşəsi nədir... Başqa bir sahəni qurtarıb sonra tibbə gəlib, yoxsa gəlməyib. Xəstələri ondan məmnundur, ya deyil, neçə insanı həyata qaytarıb, neçə insana övlad bəxş edib. Ondan sonra efirə çıxarıram. Çünki onlar araşdırmadan üzüağ çıxanlardır".

Qeyd edək ki, X.Hidayətqızı ilə Z.Baxşəliyev illərdir küsülüdür.

OXŞAR XƏBƏRLƏR