"Verilişlərimiz bərbaddır, aparıcılar danışıqlarını bilmir" - "Eurovision"un qalibi

"Verilişlərimiz bərbaddır, aparıcılar danışıqlarını bilmir" - "Eurovision"un qalibi
MAQAZİN
16:52 28.04.2017
12190
Müğənni Eldar Qasımov Azərbaycan teleməkanında olan verilişləri qınayıb.
 
Müğənni AZXEBER.COM-a açıqlamasında efirlərdə az görünməsinin səbəbini açıqlayıb: "Mən ümumiyəytlə boş-boş çıxışlardan qaçan biriyəm. Bizim televiziyaların əksər verilişləri çox bərbəd vəziyyətdədir və aparıcılar danışıqlarını bilmirlər. Bəlkə də belə olmağı lazımdır. Amma mən orda oturub nədən və ya kimdən danışacam. Müğənninin işi verilişdə boş-boş danışmaq deyil. Müğənni mahnı yazdırıb, iş göstərməlidir. Efirə dəvət olunanda şərtimiz olur ki, yalnız mahnı oxuyacam və mahnım haqda danışacam. Çalışıram ki, keyfiyyətli verlişlərə gedim"
 
Eldar ifa etdiyi mahnılar üçün əziyyət çəkdiyini də etiraf edib. "Mən həyatımda heç kimin ardınca qaçmağı sevmirəm. İstəyirəm ki, insanlar mənim ardımca gəlsin. Ona görə də kiminsə xoşuna gəlmək üçün mahnı ifa etmirəm. Dinləyicilərim az olsun amma məni başa düşən olsunlar. Gecələrlə yatmayıb mahnılar yazırdım. Mənim üçün əsas keyfiyyət önəmlidir.”
 
Müğənni getdiyi toylara da tələb qoyur: "Toy yiyələrini ilk öncə istəklərimizin siyahısını göndəririk. Mənim çıxış təkcə mikrafonu götürüb, oxumaqla kifayətlənmir. Hər bir çıxışa böyük məsuliyyətlə yanaşıram. İlk tələbimiz texniki avadanlıq yüksək səviyyədə və dincəlmə otağı olsun. Otaqda su, süd və bal mütləq olmalıdır.”
 
Nazim Qasımzadə,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR