Vətən müharibəsi iştirakçısı fındıq satır: “Pul qazanmağa bir yerdən başlamaq lazımdır”

Vətən müharibəsi iştirakçısı fındıq satır: “Pul qazanmağa bir yerdən başlamaq lazımdır”
SOSİAL
16:12 30.09.2022
256
44 günlük Vətən müharibəsi iştirakçısı özünü sahibkar kimi sınamağa başlayıb.

1999-cu il təvəllüdlü Teymurlu Seymur Əbülfət oğlu Oğuz rayonu Xaçmaz kəndində anadan olub. Bakı Dövlət Universitetinin Geologiya mühəndisliyi ixtisasını bitirib. Ali təhsilini bitirdikdən sonra Seymur həqiqi hərbi xidmətə yola düşüb. Qəhrəmanımız 44 günlük müharibədə də iştirak edib.
 
AZXEBER.COM xəbər verir ki, Oxu.Az-ın əməkdaşı 23 yaşlı Vətən müharibəsi iştirakçısı ilə həmsöhbət olub.

Seymur deyir ki, döyüşlər başlayan zaman Füzuli istiqamətində həqiqi hərbi xidmətdə olub:

"Dövlət Sərhəd Xidməti (DSX) sıralarında Vətənə xidmət etmişəm. Müharibə başlayanda mən DSX-nin xüsusi təyinatlı çevik hərəkət taborunda idim. Bir neçə gün sonra biz də aktiv döyüşlərə qoşulduq. Zəngilan, Cəbrayıl, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Mənə "Cəbrayılın azad olunmasına görə” medalı təqdim edilib. Mən medala görə vuruşmamışam, dövlətimə, Vətənimə olan borcumu yerinə yetirmişəm”.

Müharibədə kontuziya alan Seymur deyir ki, bu, ağır travma hesab olunmadığı üçün ona qazi statusu da verilməyib. Psixoloji yardım aldığını deyən Seymur ən çətin günlərinin travmadan sonra başladığını deyib:

"Hərbi xidmətdən qayıtdıqdan sonra iki ay psixoloji, tibbi yardım aldım. Müalicə prosesi ilə əlaqədar işdən tez-tez icazə aldığım üçün çalışdığım yerlərdən çıxarılırdım. Lakin son dörd-beş ay ərzində sahibkarlardan, iş adamlarından mənəvi dəstək gəldi. Biznes ideyası verib yönləndirdilər”.

Seymur deyir ki, hazırkı dövrdə əlində olan fürsətləri dəyərləndirmək əzmindədir, bu da yalnız ailəsinə aid fındıq sahələrinin olmasıdır:

"İş axtardım, lakin tapmadım. Bakıda yaşayıram. Kirayə haqqını ödəmək üçün mütləq qaydada gəlir mənbəyim olmalıdır. Oxuduğum ixtisas üzrə ən optimal variantlar şirkətlərdə olan vakansiyalardır. Lakin təəssüf ki, hələ ixtisasım üzrə iş tapmaq qismət olmayıb. Təbii ki, istəyərdim ki, stabil aylıq gəlirim olsun. Lakin hələ mümkün olmur. Dövlət Məşğulluq Agentliyindən bu istiqamətdə dəstək verəcəkləri ilə bağlı söz veriblər. Gözləyək, görək necə olacaq. İşsiz olduğumu bilirlər.

Başqa çarəm yoxdur, pul qazanmağa bir yerdən başlamaq lazımdır. Sosial şəbəkədə mənim haqqımda paylaşım edərək, bu məsələni gündəmə gətirdikləri üçün hər kəsə təşəkkür edirəm. Hazırda fındıq satışı ilə bağlı müəyyən çevrə yaratmağa çalışıram. İnşallah, daha yaxşı nəticələrə gəlib çata bilərəm”.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Seymur məhsulun satışını da, kuryerliyini də özü edir. Bir kq fındıq ləpəsini 15 manata almaqla onun qurmaq istədiyi xırda ticarətinə dəstək ola bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
15:52 04.08.2026
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
15:22 04.08.2026
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU
15:20 04.08.2026
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU