Vətəndaş baş nazirə 215 səhifəlik məktub yazdı - FOTOLAR

Vətəndaş baş nazirə 215 səhifəlik məktub yazdı - FOTOLAR
Bütün Xəbərlər
23:27 11.03.2012
1793
Türkiyənin İzmir şəhərinin bir sakini ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana uzun bir məktub yazıb. 
Ünal Benlialperin yazdığı məktub 215 səhifədən ibarətdir və 75 metr uzunluğundadır. 54 yaşlı təqaüdçü, keçmiş polis kapitanı müxtəlif saytlarda yazar kimi də tanınır. O, baş nazirə məktubunu polislərin hüquqlarının müdafiəsi və problemlərinin işıqlandırılması məqsədilə yazdığını deyir.Məktubu Rəcəb Tayyib Ərdoğana poçt vasitəsilə göndərməzdən əvvəl Ünal Benlialper onu futbol meydançasında nümayiş etdirib. Havanın küləkli olması məktub müəllifinə çətin anlar yaşadıb. Keçmiş polis bu məktubu polislərin baş nazirə harayı kimi qiymətləndirdiyini deyib.
OXŞAR XƏBƏRLƏR