“Vətəndaşı cərimələrlə bu qədər yükləmək olmaz”- Deputat etiraz etdi

SOSİAL
14:51 07.06.2023
1450
Azərbaycanda yolda sürət həddini aşmaya görə cərimələr artırılır.

Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilirdi.

Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat cərimə var idi.
Beləliklə, cərimələr bu istiqamətdə 50 manat artırılır.

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik I oxunuşda qəbul edilib.
 

 
Cərimələrin artması ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlama verib. 

O bildirib ki, bəzi İnzibati Xətalar var ki, burada cərimələrin artırılması anlayışla qarşılanmalıdır:

"Çünki buna əməl etmək hansısa şəkildə başqalarının həyatına qarşı yönəlmiş təhlükənin qarşısını ala bilər. Yol hərəkəti qaydalarına əməl etməyən sürücülər başqlarının həyatına ziyan vururlar. Ona görə bəzi yerlərdə normal qəbul etmək olar. Ancaq cərimələrin artma tendesiyası müsbət hal deyil. Vətəndaşın cibindən gedən vəsaitdir. Vətəndaşı cərimələrlə bu qədər yükləmək olmaz. Ayrı-ayrı yerlərdə saxlamağa görə cərimə, təsadüfi qanun pozuntusuna görə cərimə vətəndaşın yaşam səviyyəsini aşağı salır. Onsuzda insanların sıxıntları çoxdur. Çətin şərtlərlə yaşayırlar. Üstəlik cərimələrdə insanları bezdirib. Bu qədər cərimələrin artması yaxşı hal deyil”.
 


Nəqliyyat eksperti Fərhad Eyyubov AZXEBER.COM-a bildirib ki, yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq üçün əsasən maariflənmə işləri yerinə yetirilməlidir:

"Əslində, cərimələrin qiymətini qaldırmaqdansa, maarifləndirmənin güclənməsinə ehtiyac var. Ancaq hiss edirəm ki, nə qədər maarifləndirmə işi yerinə yetirilsə də yanaşma birtərəfli olur. Ona görə yol nəqliyyat qəzalarının sayı artır. Görünən odur ki, cəza sistemi bu halların qarşısını almaq üçün ən münasib sistemdir. Təəssüf ki, 50-60% insan cəzaya görə müəyyən qədər qanunlara əməl edirlər. Ona görə indidən proqnoz vermək çox çətindir. Çünki nə qədər yol hərəkəti qaydalarına əməl olunması ilə bağlı təbliğat aparılsa da bəziləri hər şeyi yaddan çıxarılar. Ancaq elə insanlar var ki, onlarla maariflənmə işi aparanda o zaman qanunu pozmurlar. Neçə illərdir ki, qəzaların azalması üçün cərimə sistemindən istifadə olunur. Görünən odur ki, başqa çarə yoxdur. Bu da bir üsuldur. Ancaq fikrimcə, cərimələrin qiymətinin qaldırılması sürət həddini aşmağın qarşısını tamamən almayacaq”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir