Vətəndaşların nəzərinə: Bu sayğaclar pulsuz quraşdırılacaq

Vətəndaşların nəzərinə: Bu sayğaclar pulsuz quraşdırılacaq
SOSİAL
14:32 18.09.2023
761
Enerji istehlakçısı ilə ona xidmət göstərən energetika subyektinin qarşılıqlı hüquq və öhdəlikləri bu Qanun, energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlar nəzərə alınmaqla, enerji istehlakçısı ilə energetika subyekti arasında bağlanılan müqavilə ilə tənzimlənir.

APA xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, energetika subyekti normativ hüquqi aktlara zidd olan və ya icrası qeyri-mümkün şərtləri, tələbləri və öhdəlikləri enerji istehlakçısının üzərinə qoya bilməz.

2025-ci il iyulun 1-dən sərbəst olmayan istehlakçıların elektrik enerjisi təchizatı üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli təchizatçı müəyyən ediləcək. Sərbəst olmayan istehlakçılar elektrik enerjisini yalnız səlahiyyətli təchizatçıdan ala bilərlər. Həmin tarixdən sərbəst istehlakçı enerji təchizatçısını seçmək hüququna malik olacaq.

Enerji istehlakçıları istehlak edilən enerjinin sərfiyyatını sayğacların göstəriciləri əsasında ödəyirlər. İstehlakçıların tikinti obyektlərinin qoşulduqları energetika şəbəkəsindən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə qeyri-məişət istehlakçısının öz vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar:

- paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir;

- sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyə müvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir);

- müvafiq icra hakimiyyəti orqanı sayğacların quraşdırılmasına tətbiq edilən texniki tələblər, enerji sərfiyyatının fərdi sayğaclarının sertifikatlaşdırılması və yoxlanması qaydaları haqqında əsasnamələr qəbul edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
Neft Emalı Zavodunda yanğın başlayıb
09:27 18.06.2026
Neft Emalı Zavodunda yanğın başlayıb