"Vətənə davam edən xəyanət” - İki xəyanətkarın oxşarlığı...

"Vətənə davam edən xəyanət” - İki xəyanətkarın oxşarlığı...
SİYASƏT
12:29 28.07.2026
410
Əfsələddin Ağalarov yazır...

Bütün xəyanətlərin tarixi dərin köklərə dayanır.

Amma bəzən bir xəyanətin tarixini araşdırmaq, görmək və anlamaq üçün çox dərinə baxmaq lazım deyil.

Məsələn, oğlu kimi sevdiyi Brut tərəfindən öldürülən Sezar üçün xəyanət ölüm anında bir cümlə ilə ifadə edilmişdi.

Bu cümlə bütün dövrlərdə vətənə xəyanətin də başlığı sayıla bilər.

"Et tu, Brute?” – "Sən də, Brut?”

Sezarın son cümləsi məhz belə idi.

Və ya "Jöntürklər”…

Qədim Osmanlıda vətənə xəyanət edənlərin birləşdiyi bir hərəkat idi.

Vətəndən qaçanlar xaricə gedən kimi "Jöntürklər”ə qoşulur, digər imperiyaların xüsusi xidmət orqanları ilə Osmanlıya qarşı əməkdaşlıq edirdilər.

Tarixin boz səhifələrinə həkk olunmuş həqiqətdir. Həmin "Jöntürklər”in bəziləri Osmanlının süqutundan sonra öz xəyanət epoxalarını kitab halında çap etdirir və külli ixtiyarı ilə necə peşman olduqlarını yazırdılar.

***

Bu gün dünyada baş verən geosiyasi hadisələr fonunda konyunkturaya diqqət etməkdə fayda var.

Müstəqil siyasətin bədəli olaraq, hər zaman dik və qamətli duruş nümayiş etdirən Azərbaycana yönələn təhdidlərin ardı-arası kəsilmir.

Bu təhdidlər arasında "vətənə xəyanət” yolunu seçənləri ortaya atmaq, əlbəttə ki, ilk seçim hesab edilir.

***

Ötən günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyevin "Vətənə xəyanət davam edir?” sualı məhz bir çox dairələrin məkirli planlarına vurulan ən böyük zərbə idi.
 
 

Prezidentin köməkçisinin "bundan sonra 5 dəfə artıq tənqid edin" deyib opponenti qarşısında göstərdiyi həqiqi duruş bir nümunədir. 
 
"Azərbaycanda peşəkar medianı izləyirəm" deyən H. Hacıyevın "klaviatura qəhrəman"ına yerini göstərməsi və "qəhrəman"ın donuq baxışlarda yerində sayması hər şeyi izah edir. Çünki Tural Sadıqlı bu günə kimi bir dəfə də olsun öz əməllərinin cavabını almamışdı. Bu dəfə bütün məntiqli fəaliyyətinin - Vətənə xəyanəti üzünə çırpıldı. 
 
***
 
Vətən var, onu sevənlər var və təəssüf ki, xəyanət simasızlığı ilə onu məhv etməyə çalışanlar da var.
 
Onlardan Tural Sadıqlılar, Emin Hüseynovlar daha qabarıq görünsə də, bu adların kölgəsində Azərbaycan əleyhinə kompramatlar yığan bir sıra xüsusi xidmət orqanlarının barmaq izləri açıq-aydın görünür.

Belə olmasaydı, Birinci vitse-prezident Mehriban Əliyevanın Emin Hüseynova "Qadın paltarında gizlənən siz idiniz?” sualı bu xəyanət qrupunun ürəyinə qorxu salmazdı.
 


Və ya belə olmasaydı, Tural Sadıqlı təcrübəli diplomat və dövlət xadimi Hikmət Hacıyevin sualları qarşısında ağzına su alıb durmazdı.

İndi tarixdəki xəyanətkarlardan fərqli olaraq, müasir xəyanətkarların siması dəyişib. Daha arsız, daha simasız yolu seçiblər.

Düzdür, tarixdə Brutun, "Jöntürklər”in adı xəyanətkar kimi qalıb. Onların xəyanətində belə bir ağırlıq olub. Amma Avropa ölkələrinin xüsusi xidmət orqanlarının qapısına qədər giriş imkanı olan Tural Sadıqlıların, Emin Hüseynovların adları nəinki tarixdə, yaxın gələcəkdə belə qalmayacaq.

"Vətənə xəyanət” yolunu seçənlərin sonu hər zaman hüsrandır.
OXŞAR XƏBƏRLƏR