“Vətənin İlhamı. Ömürdən reportaj” kitabı təqdim edildi
Bütün Xəbərlər
15:55 24.12.2011
2209
Azərbaycan Milli İncəsənət Muzeyində prezident İlham Əliyevin 50 illik yubileyinə həsr edilmiş “Vətənin İlhamı. Ömürdən reportaj” kitabının təqdimat mərasimi keçirilib.APA-nın məlumatına görə, kitabın müəllifi tanınmış şair və publisist, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlidir. “Çağdaş” nəşriyyatı tərəfindən yüksək poliqrafik səviyyədə işıq üzü görmüş bu layihənin rəhbəri və ön sözün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Təqdimat mərasimində çıxış edən Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın son 8 ildəki dinamik inkişafı, onun beynəlxalq aləmdə nüfuzunun günbəgün artması prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bəhrəsidir. Nazir qeyd edib ki, yeni nəşrdə prezident İlham Əliyev tərəfindən həyata keçirilən mədəniyyət və turizm siyasətinin əsas yekunları geniş şəkildə öz əksini tapıb. Bu kitab Azərbaycan Prezidentinin rəhbərliyi ilə 2003-2011-ci illərdə həyat keçirilən mədəniyyət və turizm siyasətinin əsas istiqamətlərini, əldə olunmuş nəticələri ən qısa şəkildə əks etdirir. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov, xalq rəssamı Fərhad Xəlilov, xalq yazıçısı Çingiz Abdullayev, “İTAR-TASS”ın baş direktorunun müavini Mixail Qusman kitabın məziyyətlərindən danışıblar.