Vətəninfo.az İnformasiya Agentliyinin təsis edilməsindən düz iki il ötdü.
Geridə qoyduğumuz iki il içərisində ölkəmizdə və dünyada baş verən sosial-iqtisadi, siyasi, mədəni, cəmiyyətimizi maraqlandıran xəbərləri dəyərli oxucularımıza çatdırmağa çalışdıq. Iki il içərisində çox şey yaşadıq və yaşadıqlarımızı seçdiyimiz peşənin məsuliyyəti kimi qəbul etdik. Amma bir şeyi öyrəndik ki, seçdiyimiz yol doğru yoldu və xalqımıza, dövlətimizə xidmət qədər dəyərli bir görəv ola bilməz.
Iki il ərzində ölkəmizdə mövcud olan bütün media qurumları ilə əməkdaşlığı sağlam təməllər üzərində qurmağa çalışdıq. Yaş baxımından bizdən yaşlı olanların təcrübəsinə sığındıq və doğru yolda yürüyən zaman qarşılaşdıqları problemlərə necə sinə gərdiklərini özümüzə bayraq etdik. Bu iki ildə Vətəninfo.az-a çıxdığı yolda dəstək olan dəyərli həmkarlarımıza dərindən təşəkkür edirik. Vətəninfo.az-ın media dünyasında irəliləməsində zərrə qədər payı olanlara minnətdarıq. Artıq iki ili geridə qoyub qarşıdakı bizi gözləyən illərə gözümüzü dikərək daha da əzmlə yürüyəcəyimizi əminliklə ifadə edirik.











































