Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin tərkib hissəsi kimi vəzifəli şəxslər öz maliyyə vəziyyəti barədə bəyannamələr verməli olacaq.AZXEBER.COM-un məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nda maraqlar toqquşmasının qarşısının alınması üçün yeniliklərdə nəzərdə tutulur.