Vicdan susanda - KÖŞƏ

Vicdan susanda - KÖŞƏ
KÖŞƏ
13:57 19.03.2012
2664
Seymur VerdizadəSual belə qoyulmuşdu: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən necə faydalanır?” Treninqin ən gənc iştirakçısı olan tələbə qız moderatorun sualını belə cavablandırdı: “Beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkünlərə ərzaq yardımı edirlər”.
Gənc jurnalistin bu cavabı tədbir iştirakçılarının gülüşünə səbəb oldu. Çıxılmaz vəziyyətdə qalan tələbə-jurnalist özünə belə haqq qazandırdı: “Bayram olanda bütün televiziyalar qaçqın və məcburi köçkünlərə yardım edən adamları göstərirlər. İlaxır çərşənbəsində köçkünləri ziyarət edən bir deputat hətta onlarla birlikdə ocağın üstündən adladı. Sonra isə camaatın qarşısında çıxış edib dedi ki, gələn il yenə onlara yardım gətirəcək”.Bəzi tədbir iştirakçılarından fərqli olaraq, bu cavabına görə, mən həmin tələbəni qınamadım. Bəzi adamların təkcə qaçqın və məcburi köçkünləri deyil, eləcə də aztəminatlı ailələrin nümayəndələrini kamera qarşısına çıxarıb, onlara üç-dörd kiloqram ərzaq verdiklərini öz gözlərimlə görmüşəm. Bu cür mənzərələr Qurban bayramında daha kütləvi hal alır. Aztəminatlı ailələrə yardım etmək istəyən bəzi boynuyoğunlar getdikləri yerlərə özləri ilə birlikdə telejurnalist də aparırlar. Ayrı-ayrı idarə və müəssisə rəhbərlərinin, iş adamlarının şəhid və qaçqın ailələrinə yardım edərkən özlərini necə çəkdiklərinin dəfələrlə şahidi olmuşam. Televizorun ekranına heyfim gəlsə də, özümü saxlaya bilmədiyim üçün indiyə kimi ən azı yüz dəfə bu cür adamların cəmdəyinə tüpürmüşəm. Sonra isə canı canımdan, qanı qanımdan olan soydaşlarımı bəzi nadürüstlərin qarşısında bu cür alçaltdığı üçün düz bir saat zəmanənin qarasına deyinib, ürəyimi boşaltmışam....İki il əvvəl “525-ci qəzet” və modern.az saytının birgə layihəsi çərçivəsində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən reportaj hazırlayanda sabiq deputat Əhəd Əhmədovla görüşmüşdüm. Özünü xeyirxah adam kimi göstərməyə çalışan Əhəd müəllim söhbət əsnasında demişdi ki, hər il taxıl biçiləndə İmişli və Beyləqan rayonlarında məskunlaşan bütün qaçqın və şəhid ailələrinə pay göndərir. Elə oradaca İmişlidə yaşayan bir şəhid ailəsinin ünvanını Əhəd Əhmədova verib, onlara da yardım göndərməsini xahiş etdim. Hətta tənbəllik etməyib biçin vaxtı Əhəd müəllimi arayaraq, verdiyi vədi onun yadına saldım. Aradan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Əhəd Əhmədov həmin şəhid ailəsinə bir kiloqram da buğda göndərməyib. Amma hansı məclisdə oturursa, yenə şəhid və qaçqın ailələrinə qayğı göstərməsindən dəm vurur.Peyğəmbərimiz (s) buyurub ki, sağ əlin verdiyini sol əl bilməməlidir, Amma bizim nadürüstlər hətta görmədikləri işi də reklam edirlər. Məcburi köçkünlərin düşdükləri acınacaqlı vəziyyətdən istifadə etməyin və müqəddəs şəhid adını reklam predmetinə çevirməyin bir adı var: vicdansızlıq! İnsan ancaq vicdanını itirəndə bu cür hərəkət edə bilər.P.S. Yaxşı ki, 2010-cu ildə Əhəd Əhmədov deputat seçilmədi. Yoxsa televizorumun ekranı çoxdan xarab olmuşdu...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI