UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub

UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
İDMAN
01:57 05.11.2026
228
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti oyununu Norveçdə "Vikinq" komandasına qarşı keçirib.

AZXEBER.COM-un məlumatına görə, Stavanger şəhərində baş tutan qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv açıb. 11-ci dəqiqədə Orfe Mbina fərqlənib. 27-ci dəqiqədə Erik Botheym tablodakı rəqəmləri eyniləşdirib. 69-cu dəqiqədə Zlatko Tripiç norveçliləri hesabda irəli çıxarıb.

O, kobud oyuna görə təyin olunan penalti zərbəsi yerinə yetirib. Futbolçunun ilk vuruşunu qapıçı Stat Pokatilov dəf etsə də, ikinci cəhd uğurlu alınıb. Daha sonra Henrik Falşener 81-ci dəqiqədə başla dəqiq oynayıb. Oyunda son nöqtəni 90+4-cü dəqiqədə dubl edən Erik Botheym qoyub.

"Bayquşlar" matçı 10 nəfərlə başa vurublar. 77-ci dəqiqədə Eyden Makkarti kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Xatərıadaq ki, "Sabah" daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin "Mançester Yunayted" (0:4) və Almaniyanın "Borussiya" (Dortmund) klublarına uduzub - 1:2. Azərbaycan çempionu Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə məğlub edib.

"Sabah" növbəti oyununu noyabrın 25-də, Bakı Olimpiya Stadionunda "Barselona"ya (İspaniya) qarşı keçirəcək.

01:46
 
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən qarşılaşmada meydan sahibləri üstünlüklərini bir qədər də artırıblar.

AZXEBER.COM xəbər verir ki, oyunun 81-ci dəqiqəsində Henrik Falkener Zlatko Tripiçin ötürməsindən sonra fərqlənərək "Vikinq"in üstünlüyünü daha da artırıb - 3:1.
 
00:34
 
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən qarşılaşmada hesab bərabərləşib.

AZXEBER.COM xəbər verir ki, meydan sahiblərinin heyətində Erik Botheym 27-ci dəqiqədə fərqlənərək hesabı 1:1 edib.
 
00:18 
 
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən qarşılaşmada hesab açılıb.

AZXEBER.COM xəbər verir ki, matçın 11-ci dəqiqəsində "Sabah"ın hücumçusu Orfe Mbina fərqlənərək Azərbaycan təmsilçisini hesabda önə keçirib - 0:1.
 
00:08
 
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında qarşılaşmaya start verilib.

AZXEBER.COM xəbər verir ki, Stavanger şəhərində keçirilən görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
 

OXŞAR XƏBƏRLƏR