Vikipediyada Leyla Əliyeva haqqında özbəkcə bölmə yaradılıb

Vikipediyada Leyla Əliyeva haqqında özbəkcə bölmə yaradılıb
MƏDƏNİYYƏT
18:30 14.05.2020
3499
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Vikipedia Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın ictimai xadimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva haqqında özbək dilində bölmə yaradılıb, Azərbaycan dilində bölmə isə yeni məlumatlarla zənginləşdirilib.

AZXEBER.COM xəbər verir ki, yaradılan bölmədə Leyla xanımın həyatı, təhsili, fəaliyyət göstərdiyi sahələr və hərəkatlar, Heydər Əliyev Fondu, "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” ictimai birliyi çərçivəsində fəaliyyəti, habelə mədəniyyətlər arası dialoqa verdiyi mühüm töhfələr barədə məlumatlar yer alıb.

Qeyd olunur ki, Azərbaycanın daha geniş auditoriyada təbliği məqsədi ilə Leyla Əliyeva tərəfindən 19 dekabr 2007-ci ildə Rusiyada "Baku” jurnalını təsis edilib və o, 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru seçilməklə bu təşkilat çərçivəsində uğurlara imza atıb.

Bölmədə Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində aparılan işlər və bu hərəkat nəticəsində dünyanın onlarla ölkəsi, ABŞ-ın 22 ştatı, 60-a yaxın dövləti özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsini soyqırımı kimi tanıdığı qeyd olunur.

Bölmədə Leyla xanımın yaradıcılığına da nəzər salınıb, onun aktiv bədii yaradıcılığı ilə bərabər, həm də rəssamlıq, rejissorluq kimi sahələrdə fəaliyyəti haqqında məlumat verilib. Leyla Əliyevanın yaradıcılığında babası Heydər Əliyevə həsr etdiyi "Elegiya” şeirinin ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılandığı yazılıb.
Şairənin "Sanki bir alovsan”, "Dünya yuxutək əriyir...”, "Ulduzlar göylərdə düzülsəydi sırayla” şeirləri haqqında məlumat verilir, ilk dəfə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə olunmuş "Dunyo tushdek erib bormaqda (Dünya yuxutək əriyir) ... ” adlı şeirlər kitabı vasitəsi ilə əsərlərinin Özbəkistan oxucularına öz ana dillərində təqdim olunduğu bildirilib.

Məlumatlar arasında xüsusi ilə Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar yaradılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası barədə yazılır, planetimizin üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etmək, gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə görülən işlər işıqlandırılır.

Bölmədə ictimai xadim və şairə Leyla xanım Əliyevanın əsərləri, mükafatları, yaradılmış qalereyada isə bir sıra fotoşəkilləri yer alır.

Yaradılmış bölmə ilə //uz.wikipedia.org/wiki/Laylo_Aliyeva adlı linkdə tanış olmaq mümkündür.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, tanınmış şəxsiyyətlərimiz, Azərbaycanın turizm potensialı, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?
22:23 23.09.2026
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?