İspaniyanın "Atletiko Madrid" klubu "Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimheni heyətinə qatmaq cəhdlərində israrlıdır.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, nigeriyalı futbolçu ilə 120 milyon avroluq təklif rədd edilsə də ispan klubu yeni təklif göndərib.
Məlumatlara görə, İspaniya klubu təklifini 150 milyon avroya qaldırmağa hazırlaşır.
İspaniya nəhənginin bu təklifi qəbul edilərsə, bu, Türkiyə tarixinin ən bahalı transferi olacaq.











































