Vilayət Eyvazov müşavirə keçirdi - Tapşırıqlar verdi

SOSİAL
18:13 16.01.2020
3119

Yanvarın 16-da Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov dövlət başçımızın ümumən daxili işlər orqanlarına, o cümlədən, onun ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, kazarma-məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

Nazir Qoşunların daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıraraq şəxsi heyətin ictimai asayişin və təhlükəsizliyin təminində, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə geniş məruzə ilə çıxış edib.

Komandan ötən il normativ-hüquqi bazanın təkmilləşdirilməsinin, təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılmasının, şəxsi heyətin nəzəri biliklərinin artırılmasının, onlara peşəkar praktiki vərdişlərin aşılanmasının, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinin döyüş təliminin əsas vəzifələri olaraq həyata keçirildiyini diqqətə çatdırıb.

Müşavirəyə yekun vuran daxili işlər naziri V.Eyvazov şəxsi heyətin xidməti fəaliyyətinin yekunlarını yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.

Hərbi hissələrdə idarəçilik fəaliyyətinin, döyüş xidmətinin təşkili və aparılmasının, hərbi qulluqçuların Vətənə və xalqa sədaqət ruhunda tərbiyə edilmələrinin, fiziki və döyüş hazırlığının daha da yüksəldilməsinin, ekstremal hallar da daxil olmaqla, onların istənilən əmr və göstərişlərin icrasına hər zaman hazır olmalarını tələb edən nazir, əmin olduğunu bildirib ki, DQ-nin hərbi qulluqçuları qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:40 24.10.2020

Paşinyanın qızı saxta “facebook” hesabları ilə rus xalqını təhqir edir

23:12 24.10.2020

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

22:42 24.10.2020

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

22:39 24.10.2020

Düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

22:29 24.10.2020

Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi

21:55 24.10.2020

Ermənilər yeniyetmələri də müharibəyə cəlb edirlər - VİDEO

21:33 24.10.2020

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO

21:14 24.10.2020

Donald Tramp ABŞ prezidentinin seçkilərində erkən səs verib

21:09 24.10.2020

Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi”

20:52 24.10.2020

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb

20:35 24.10.2020

"El-Klassiko": “Real Madrid” “Barselona”ya qalib gəldi

20:27 24.10.2020

"Kaspşikin hər hansı tərəfin hərbi potensialını yoxlamaq və hesabat vermək səlahiyyəti yoxdur"

20:01 24.10.2020

MN: Döyüş sahəsində aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır

19:49 24.10.2020

Düşmənin 3 tankı, 2 sığınacağı və dayaq məntəqələri məhv edildi

18:54 24.10.2020

Düşmənin hücum cəhdinin qarşısı alınıb - Əsir götürülənlər var

18:46 24.10.2020

Rusiya XİN: Gəncənin atəşə tutulması zamanı həlak olan Mayakov dəfn edilib