Vilayət Eyvazovun qardaşı oğlunun bölmə rəisi təyin edilməsi təsdiqlənmədi - DİN

Vilayət Eyvazovun qardaşı oğlunun bölmə rəisi təyin edilməsi təsdiqlənmədi -  DİN
Bütün Xəbərlər
11:50 19.07.2013
6087

Niyaməddin Eyvazov Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə rəis təyin edilməsi ilə bağlı xəbər həqiqətə uyğun deyil. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu haqda mətbuatda yayılan xəbərlərin heç bir əsası yoxdur.

Qeyd edək ki, ötən gün KİV-də daxili işlər naziri Ramil Usubovun yeni əmr imzalayaraq Niyaməddin Eyvazovu Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə rəis təyin etməsi haqda xəbər yayılmışdı.

O, daxili işlər nazirinin müavini, general Vilayət Eyvazovun qardaşı oğludur.

OXŞAR XƏBƏRLƏR