Vilnüs sammiti Azərbaycana nə qazandıracaq? – Politoloqların rəyi

Vilnüs sammiti Azərbaycana nə qazandıracaq? –  Politoloqların rəyi
Bütün Xəbərlər
14:02 28.11.2013
1170

Bu gün Litva paytaxtı Vilnüsdə “Şərq tərəfdaşlığı” sammitinin açılışı gözlənilir. Sammitində Azərbaycan və Avropa Birliyi arasında vizanın sadələşdirilməsi barədə saziş imzalanacaq.

Politoloq Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında Latviyanın paytaxtı Vilnüsdə keçiriləcək toplantının Azərbaycan-Rusiya münasibətlərinə təsir edəcəyini söyləyib:

“Azərbaycanın Vilnüsdə Avropa İttifaqı çərçivəsində Şərq Tərəfdaşlığı sammitində iştirakının Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərəcəyi bəllidir. Azərbaycanın Avropa İttifaqı ilə quracağı əməkdaşlıqdan sonra ola bilsin ki, Rusiya miqrantlarla necə rəftar edəcəyini özü üçün müəyyənləşdirəcək. Əgər Azərbaycan Avropaya inteqrasiya yolunu seçərsə, Rusiya ölkəmizə hücum yolunu seçəcək və dekabrdan başlayaraq orada sənədsiz yaşayan həmvətənlərimizi ölkəmizə deportasiya edilməsini sürətləndirəcəkdir.

Amma, düşünürəm ki, Azərbaycan Avropa Birliyi və Rusiya ilə eyni məsafədə qalmağa üstünlük verəcək. Azərbaycan həm Rusiya, həm də Avropa Birliyi ilə əməkdaşlıq məsələsində hər ikisini asılı vəziyyətdə saxlayacaq. Çünki iki qurumdan birini seçmək artıq onun yolunu müəyyən etməsidir. Azərbaycan hakimiyyətində isə belə istək heç görünmür”.

Politoloq Zərdüşt Əlizadə isə AZXEBER.COM-a açıqlamasında Azərbaycanın Avropa Birliyi ilə viza rejiminin sadələşdirməsi ilə bağlı Vilnüs sammitindəimzalayacağı sənədin Rusiya ilə heç bir aidiyyatının olmadığını deyib:

“Azərbaycanın Avropa Birliyi ilə viza rejiminin sadələşdirməsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur. Rusiyanın özü də Avropa Birliyi ilə yaxınlaşmağa çalışır. Mən düşünmürəm ki, Azərbaycanla AB-nin yaxınılaşması Rusiyanın gücünü zəiflədəcək”.

Politoloq Qabil Hüseynli Azərbaycanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına dair Vilnüsdə keçiriləcək sammitində iştirak etməsinin Azərbaycan üçün riskli heç bir tərəfinin olmadığını deyib:

“Əvvəlki illərlə müqayisədə iki ölkə arasında əməkdaşlıq əlaqələrində heç bir problem yoxdur. Rusiya-Azərbaycan əlaqələri bundan da isti olacaq. Ona görə də Azərbaycanın Vilnüs sammitində iştirak etməsindən ehtiyat etməyə dəyməz. Bu digər tərəfdən Azərbaycanın müstəqil dövlət kimi istənilən qərarı təktərəfli şəkildə qəbul etmək hüququdur”.

Qeyd edək ki, Hazırda sammitin gündəliyində Gürcüstanla və Moldova ilə sazişlərin bağlanması gözlənilir. Gürcüstanla sazişə azad ticarət barədə anlaşma da daxildir. Avropa Komissiyasından verilən məlumata görə, sammitdə Gürcüstanla böhranların nizamlanması üzrə AB əməliyyatlarında iştirak barədə çərçivə sazişi imzalanacaq, həmçinin Ukrayna ilə vahid aviasiya zonası barədə saziş paraflanacaq. Samitin saytında yerləşdirilən məlumata görə, Vilnüsa tərəfdaşlığın iştirakçısı olan altı ölkənin - Ermənistanın, Azərbaycanın, Belarusun, Gürcüstanın, Moldavanın və Ukraynanın nümayəndə heyətləri gələcək. Sazişlərin imzalanması noyabrın 29-a nəzərdə tutulub.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
18:21 12.07.2025
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
Goranboyda "Prius" aşdı
18:08 12.07.2025
Goranboyda "Prius" aşdı
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO