Viran qalmış Ağdərənin yeni– FOTOLARI

Viran qalmış Ağdərənin yeni– FOTOLARI
Bütün Xəbərlər
11:32 25.12.2014
1196
1992-ci ildə kəndə ərazidəki Şıxarxının adı verilib
"Azadlıq Radiosu" Ağdərənin boşaldılmış, insan yaşamayan qəsəbəsi olan Şıxarxdan (keçmiş Marağa, Marağaşen) fotolar yayımlayıb.
AZXEBER.COM-un məlumatına görə, 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Marağa əyalətindən Qarabağa köçürülüb. Onlar məskunlaşdıqları ərazini Marağa adlandırıblar. Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen olub.
1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilib. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar abidə ucaldılıb. Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstü daşla örtülüb.
1992-ci ildə kəndə ərazidəki Şıxarxının adı verilib. Arxın adı isə Şıxlar nəsli ilə bağlıdır.
Şıxarx qəsəbəsi döyüş bölgəsinə yaxın məsafədə yerləşdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən, Şıxarx qəsəbəsində əhali yaşamır.
OXŞAR XƏBƏRLƏR