Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb

Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
DÜNYA
08:32 22.11.2026
91
ABŞ-nin Virciniya ştatının rəsmiləri azyaşlı uşağın qızılcadan ölümünü qeydə alıblar ki, bu da ştat üçün, demək olar, yarım əsrdə ilk belə haldır.

AZXEBER.COM xəbər verir ki, bu barədə ştatın səhiyyə idarəsinin məlumatında deyilir.

Yerli mətbuatın məlumatına görə, bu, 1978-ci ildən bəri ştatda insanın qızılcadan ölməsi ilə bağlı ilk haldır. Ştat rəsmiləri qeyd ediblər ki, uşağın ailəsinin şəxsi həyatına hörmət əlaməti olaraq əlavə məlumat verilməyəcək. Onlar həmçinin Virciniyanın bir sıra rayonlarında təhlükəli xəstəliyə yoluxma hallarının qeydə alındığı barədə xəbərdarlıq ediblər.

ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) aktual statistikasına əsasən, 19 noyabr tarixinə ölkədə 5838 qızılcaya yoluxma halı qeydə alınıb. Bu, bir həftə əvvəlkindən 426 hal çoxdur. Bu hallar 45 ştatda, eləcə də Kolumbiya dairəsi və Nyu-York şəhərində qeydə alınıb.

Noyabrın ortalarında "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Panamerika Səhiyyə Təşkilatı (PAST) ABŞ-ni qızılcanın endemik ötürülməsinin ləğv edildiyi ölkə statusundan məhrum edib.
OXŞAR XƏBƏRLƏR