“Virusun yeni mutasiyasının Azərbaycanda yayılma ehtimalı var” - İnfeksionistdən açıqlama

“Virusun yeni mutasiyasının Azərbaycanda yayılma ehtimalı var” - İnfeksionistdən açıqlama
SAĞLAMLIQ
17:30 18.09.2023
941
Koronavirusun mutasiyaya uğramış yeni ştamları bütün dünyada sürətlə yayılır. Onlardan ikisi - EG.5 ("Eris”) və "Pirola” getdikcə daha çox ölkədə aşkarlanır. Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 xəstələrinin sayının artması ilə bağlı çağırışı hər kəsin narahatlığına səbəb olub. Yeni ştamların Azərbaycanda da yayılacağı ilə bağlı fikirlər irəli sürülür.

Bəs görəsən, yeni ştamma yoluxan varmı? Azərbaycanda mutasiyanın yayılması riski nə qədərdir?  Digər mutasiyalardan təhlükəli hesab oluna bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Vasif Əliyevin sözlərinə görə, EG.5 ("Eris”) mutasiyası sürətli yoluxma qabiliyyətinə malikdir:"Mutasiyanın bu variantı immun sistemimizdən də sürətli "qaça” bilir. Nə qədər sürətli olsa da, öldürücülük qabiliyyəti aşağıdır. Yüksək sürətlə yayıldığına görə ehtiyatlı olmalıyıq.

Virusun əlamətləri temperatur, boğaz ağrısı, yüksək dərəcədə halsızlıq, burun axıntısı, əzələ ağrılarıdır. Lakin bu əlamətlər təkcə EG.5 ("Eris”) və "Pirola” mutasiyalarında deyil, digər respirator xəstəliklərdə də olur. Bu əlamətlər varsa, xəstə ev şəraitində izlənilməli, bol maye tükətməlidir. Əgər xəstəlik ağırlaşarsa, həkimə müraciət etmək lazımdır. Bəsit qaydalara yenidən dönürük. Xəstə olan şəxs maskadan istifadə etməlidir ki, virusu sağlam insanlara ötürməsin”.

V.Əliyev qeyd edib ki, mutasiyanın Azərbaycanda da yayılma ehtimalı var:

"Qonşu ölkələrdə, yəni Rusiya və Türkiyədə koronavirusun yeni ştammı artıq aşkarlanıb və rəsmi şəkildə təsdiq olunub. Azərbaycanda da mütləq diaqnostik testlər götürülməlidir ki, virusun hansı ştamma aid olduğu öyrənilsin. Ölkəmizdə də yayılma ehtimalı var. Vətəndaşlar yoxlanılmalı, virus ayırd edilməlidir”.

Qeyd edək ki, bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı ("Eris”) qeydə alınıb. Bu, "Omikron” ştammının yeni versiyasıdır. Artıq 51 ölkədə yayılmış EG.5 yoluxuculuq indeksinin sələflərindən bir qədər yüksək olması ilə fərqlənir. Yaranmış vəziyyətlə əlaqədar ABŞ Prezidentinin Administrasiyası amerikalıları COVID-19-a qarşı peyvənd olunmağa çağırıb. Hətta Kaliforniya, Nyu-York və Corciya ştatları məcburi maska rejimi tətbiq etməyə başlayır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
17:29 26.07.2026
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
17:22 26.07.2026
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
Əl Şaraa: İsraillə münaqişə Suriyanın maraqlarına uyğun deyil
17:14 26.07.2026
Əl Şaraa: İsraillə münaqişə Suriyanın maraqlarına uyğun deyil
Radarını söndürən tanker Hörmüz boğazında minaya düşüb
17:01 26.07.2026
Radarını söndürən tanker Hörmüz boğazında minaya düşüb