Vitney Houstonun qızı qardaşı ilə nişanlandı - FOTO

DÜNYA
14:22 17.03.2012
3260

Ölümü ilə hər kəsi şoka salan Amerikalı məşhur müğənni Vitney Houston bu dəfə ailəsi ilə dünyanı şoka salıb.

AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, mərhum müğənninin qızı Bobbi Kristina Brovn, anasının ögey oğlu Nick Gordonla evlənmək niyyətindədir.

19 yaşlı gənc qız özündən 3 yaş böyük qardaşı Nick Gordonla əl-ələ tutduqları an kameralardan qaça bilməyiblər. Cütlük barmaqlarındakı üzükləri jurnalistlərə göstərərək nişanlandıqlarını söyləyiblər.

Qeyd edək ki, Vitney Houston fevral ayının 11-i ABŞ-ın Los Angeles ştatında “Beverly Hilton Otel”ində ölü olaraq tapılmışdı.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR