Övladı imtahan verəcək valideynlər oxusun - Tanınmış nevroloq danışdı

Övladı imtahan verəcək valideynlər oxusun - Tanınmış nevroloq danışdı
SOSİAL
10:00 07.05.2024
2366
"Qəbul imtahanı ərəfəsində cəmiyyətin əsas probleminə çevrilmiş məsələlərdən biri də valideynin övladına təzyiq göstərməsidir. Bu təzyiqlərin həmin an heç bir fəsadı görünməsə də, zaman keçdikcə mütləq öz mənfi təsirini göstərir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış nevropatoloq həkim Jalə Qarayeva deyib.

O, mövzuya həm həkim,həm də ana olaraq münasibətini bildirib: 

"İlk onu deyim ki, valideyn imtahana görə övladı üzərində təzyiq yaratmamalıdır. Ancaq övladlar da valideynlərinin onların oxuması üçün atdıqları addımları dəyərləndirməlidirlər. Övlad da dərslərinə vaxt ayırmalı, bütün səylərini ortaya qoymalıdır. Acı da olsa etiraf edək ki, valideyn də övladının oxuması, təhsil alması üçün müəyyən ehtiyaclarını məhdudlaşdıraraq ,onun tələbatını qarşılamağa çalışır. İmtahandan kəsilmək son deyil, ancaq hər bir valideynin arzusu övladının təhsil almasıdır".

Nevropatoloq Jalə Qarayeva tibbi cəhətdən də mövzuya münasibət bildirib: 

"Tibbi cəhətdən isə onu deyə bilərəm ki, bir günlük imtahan həyəcanının insan orqanizminə təsiri böyükdür. İmtahan həyəcanı yaşayan abituriyentlər ciddi yaddaş pozğunluğu, stres, əsəb, həyəcan keçirərək bildiklərini də unudurlar. Belə ki, stres çox hallarda abituriyentin yüksək nəticə göstərməsinə mane olur. Bu səbəbdən də imtahana hazırlaşan şəxslər imtahan öncəsi həkim məsləhəti olmadan "sakitləşdirici", "yaddaş" üçün dərman vasitələrindən istifadə etməməlidirlər.
 
Hazırda adət halını almış kiminsə istifadə etdiyi "sakitləşdirici” və ya "yaddaş” üçün dərman vasitələrinin başqaları tərəfindən qəbulu yolverilməzdir. Çünki bu tip dərmanlar yalnız həkim rəyi ilə fərdi şəxsə yazılmış olur. İnsanlar elə düşünür ki, mən bu həblə sakitləşib, yaddaşımı gücləndirəcəm.Bu tərkibli dərmanlar hamıya eyni təsir etmir. Bir daha xüsusi qeyd edim ki, bu tipli dərmanların qəbulu zamanı həkim rəyi mütləqdir.
 
İmtahan stresinin ən çox müşahidə olunan əlamətləri - uğursuzluq qorxusu, həvəssizlik, ürəkbulanma, ağız quruluğu, tərləmə, yuxu pozğunluğu, mədə ağrısı kimi fiziki şikayətlər, diqqət və konsentrasiyanın pisləşməsi, özünə inamın azalması, özünü qeyri-adekvat və dəyərsiz görməkdir. Bu zaman qəbul edilən  "sakitləşdirici" dərman insan düşüncəsinin dəyişməsinə kömək etmir. Dərman insanı müvəqqəti sakitləşdirə bilər, ancaq problemin və ya xəstəliyin arxasında duran səbəbin müalicə olunmasında heç bir rol oynamır. Abituriyentlərin 90 faizində imtahan öncəsi stres olur, bu normal haldır. Təbii ki, bəzən bu ciddi nevroloji problemlərə də səbəb ola bilər. Abituriyentlərin imtahana hazırlıq prosesində daha doğru yanaşma onlara nevroloji dəstəyin göstərilməsidir. Valideynlər də bu məqamlarda çox həssas, narahat olurlar və abituriyentə təzyiq edirlər. Çalışmaq lazımdır ki, ailədə gərginlik olmasın. Ailə mənəvi dayaq olmalı, uşaqda özünə inam hissini gücləndirməlidir”. 

Sonda bütün abituriyentlərə uğurlar diləyirəm!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
15:05 21.07.2026
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
15:03 21.07.2026
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
"Arzum"la bağlı yeni xəbər - Sabah...
14:58 21.07.2026
"Arzum"la bağlı yeni xəbər - Sabah...
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
14:46 21.07.2026
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
İlham Əliyevlə Merz arasında görüş keçirilir
14:41 21.07.2026
İlham Əliyevlə Merz arasında görüş keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
14:22 21.07.2026
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
13:58 21.07.2026
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
13:52 21.07.2026
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
13:19 21.07.2026
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
AccessBank-ın tender elanının vaxtı uzadıldı
13:05 21.07.2026
AccessBank-ın tender elanının vaxtı uzadıldı
İran ABŞ-ı ittiham etdi: Hərbi itkilərin real sayı gizlədilir
13:03 21.07.2026
İran ABŞ-ı ittiham etdi: Hərbi itkilərin real sayı gizlədilir
Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar
12:53 21.07.2026
Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar
Azərbaycanlılar bu ölkədən deport olundu
12:49 21.07.2026
Azərbaycanlılar bu ölkədən deport olundu
Ştaynmayer Əliyevi belə qarşıladı - VİDEO
12:26 21.07.2026
Ştaynmayer Əliyevi belə qarşıladı - VİDEO
Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: “Milli mətbəxin axırına çıxırlar”
12:14 21.07.2026
Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: “Milli mətbəxin axırına çıxırlar”
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR
12:07 21.07.2026
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR