Rusiyanın vlasti.net saytınd maraqlı və çoxlarını şoka salan videorolik yayımlanıb.
AZXEBER.COM SİA-ya istinadən xəbər verir ki, saytın yaydığı video xəbərdə Rusiyanın baş naziri Vladimir Putinin həbs olunduğu və qoruma altında Moskva şəhər Xamovnik məhkəməsinə gətirildiyi görüntülər yer alıb. Məhkəmə sədri baş nazirə dövlət əmlakını mənimsəmə maddəsi ilə ittiham irəli sürür.
50 dəqiqəlik videorolikdə Putin məhkəmə sədrinin suallarını cavablandırır. Adını, soyadını, hansı ölkənin vətəndaşı və hansı millətin nümayəndəsi olduğunu soruşur. Vladimir Vladimiroviç suallara cavab verir. Sonradan məlum olub ki, bu video ilk dəfə tanınmış müxalifət nümayəndəsi Aleksey Nevalnının blokunda yerləşdirilib. Təxmin edilir ki, məhz o həmin siyasi videomontajı təşkil edə bilər.