Vladimir Putinlə Cozef Bayden arasında telefon danışığı olub

Vladimir Putinlə Cozef Bayden arasında telefon danışığı olub
DÜNYA
23:10 26.01.2021
946
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Bu barədə Kreml məlumat yayıb.

Vladimir Putin Cozef Baydeni ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib.

Kreml rəhbəri bildirib ki, Rusiya və ABŞ arasında münasibətlərin normallaşması hər iki ölkənin maraqlarına cavab verərdi.

Qeyd edilir ki, Vadimir Putin və Cozef Bayden Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin (SHS-3) uzadılması haqqında notalardan məmnunluğunu bildiriblər.
 
///Report
OXŞAR XƏBƏRLƏR