"Övladları üçün yaşayan insanlar mənən kasıb insanlardı" - Elza

MAQAZİN
14:25 28.02.2022
824
"Mən bu həyatda övladları üçün yaşayan insanlara kasıb baxıram".

AZXEBER.COM xəbər verir ki, bu sözləri ARB televiziyasında yayımlanan "Söz baz” verilişində qonaq olduğu zaman müğənni Elza Seyidcahan deyib.

O bildirib ki, övladlarına görə deyil, xalqına görə yaşayır:

"Mən bu həyatda övladları üçün yaşayan insanlara kasıb baxıram. Hansı ki, o valideynlər deyir ki, həyatımı yalnız qızım və ya oğlum üçün yaşayıram, onlara heç nə olmasın. Belə insanlar mənim düşüncəmdə kasıb insanlardır. Mən heç vaxt övladlarıma görə yaşamamışam. Mən təkcə xalqım və Allahım üçün yaşayıram. Mən o qədər cılız deyiləm ki, oğlum, qızım üçün yaşayım. Mən artıq onları böyütmüşəm, həyatımdan çıxıblar. Mən onlara məxsus deyiləm. Mən təkcə xalqıma məxsusam. Mən uşaqları sevməməliyəm, onlar məni sevməlidir”.

Ayşən
 

OXŞAR XƏBƏRLƏR