Övladlarına ‘Vor’, ‘Cinayətkar’ adlarını qoydular - AZƏRBAYCANDA

Övladlarına ‘Vor’, ‘Cinayətkar’ adlarını qoydular -  AZƏRBAYCANDA
Bütün Xəbərlər
15:33 10.08.2015
6785

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycanda uşaqlara qoyulan adların siyahısını hazırlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a komissiyanın sədr müavini Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, adlar siyahısına AMEA-nın Dil Komissiyası baxandan sonra ictimaiyyətə açıqlanacaq: "Mövcud siyahı Ədliyyə Nazirliyindən alınıb. Belə ki, hər gün yeni adlar qoyulur və bu yeni adlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Sentyabr ayında siyahı AMEA-nın Dil Komissiyasına baxış üçün veriləcək. Komissiyanın təsdiqindən sonra siyahı Ədliyyə Nazirliyinə qaytarılacaq".

Ədliyyə Nazirliyindən Terminologiya Komissiyasına təqdim olunan siyahıya yenidən baxış keçirilib və anlaşılmaz olan, eyni zamanda gülüş doğuran adlar siyahıdan çıxarılıb: "Araşdırmalardan sonra Kəsdim, Vor, Cinayətkar, Şüşəbənd, Stəkan, Xiyarə, Portağal, Limonə, Ansabl və başqa adlar siyahıdan çıxarıldı. Xiyarə adı qərb bölgəsində 4-5 qıza qoyulub. Kövsarə adı nisbətən anlaşıldığı üçün onu siyahıdan çıxarmadıq".

Övladına ad qoymağın hər bir vətəndaşın hüququ olduğunu deyən S.Sadıqova hesab edir ki, valideynlər övladlarına ad qoyanda çox diqqətli olmalı və bu işə vicdanla yanaşmalıdırlar: "Valideyn özündə məsuliyyət hiss etməlidir və adların ilk növbədə xalqın kimliyini özündə əks etdirdiyini unutmamalıdır".

Son dövrdə türk mənşəli, "Dədə Qorqud" dastanından gələn adların qoyulmasını müsbət hal kimi dəyərləndirən S.Sadıqova bildirib ki, bu, maarifləndirmənin nəticəsidir: "Hazırda valideynlər uşaqlarına "Hacı, Əfəndi" ilə başlayan ikipilləli adlar qoymur. Ancaq bəzi hallarda babada, nənədə varsa, bu cür adların qoyulmasını təkid edirlər".

O bildirib ki, siyahıdan kənar adların qoyulması qadağan edilə bilməz, çünki xalqın yaradıcılığı sayəsində adlar sistemi daim inkişaf edir: "Qəti qadağan etməklə deyil, maarifləndirməklə mənası olmayan, gülüş doğuran və iki-üçpilləli adların qoyulmasının qarşısını almaq lazımdır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı