Vüqar Əliyev: “Dövlət region mətbuatına diqqət və qayğısını bundan sonra da davam etdirəcək”

Vüqar Əliyev: “Dövlət region mətbuatına diqqət və qayğısını bundan sonra da davam etdirəcək”
MEDİA
13:38 14.07.2015
1315
“Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 140 illiyi ilə bağlı verdiyi Sərəncama əsasən, tədbirlər planı təsdiq edilib. Tədbirlər planında paytaxt Bakı ilə yanaşı, regionlarda da müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”. 
SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib.
Administrasiya rəsmisi qeyd edib ki, “Milli Mətbuatın 140 illiyi: əldə edilmiş nailyyətlər və perspektivlər" mövzusunda regional konfranslar keçirilir ki, artıq həmin konfransların bir neçəsi yekunlaşıb: “Belə ki, Zərdab, Gəncə və Qəbələdə tədbirlərimiz baş tutub və bu gün növbəti konfrans Masallıda keçirildi. Bundan başqa Naxçıvanda və Qubada tədbirlərin keçirilməsi nəzərdə tutulur. İyul ayının 20-si isə yekun tədbir keçiriləcək. Hesab edirəm ki, bu cür konfranslar regional və mərkəzi mətbuat arasında əlaqələrin yaranmasına, inkişafına, əldə edilən nailiyyətlər və problemləri haqqında yekun rəyin formalaşmasına öz töhvəsini verəcək. Bu, həm də hakimiyyətlə mətbuat arasında əlaqələrin inkişafına mühüm imkanlar yaradacaq. Əlbəttə ki, gələcəkdə də bu cür tədbirlər davam etdiriləcək və dövlət region mətbuatına diqqət və qayğısını bundan sonra da davam etdirəcək".
OXŞAR XƏBƏRLƏR