Vüsal Qasımlı: “Faiz dəhlizi parametrləri tarazlaşdırıcı olmalıdır”

Vüsal Qasımlı: “Faiz dəhlizi parametrləri tarazlaşdırıcı olmalıdır”
İQTİSADİYYAT
10:57 02.05.2020
1232
Mərkəzi Bankın qərarına əsasən uçot dərəcəsi 7.25% və faiz dəhlizinin aşağı həddi 6.75% səviyyəsində dəyişməz saxlanılmaqla, faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirilib.

Bu qərarı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, faiz dərəcələri dəhlizinin maksimal həddi bir günlük vəsaitlərin yerləşdirmə (Əks-REPO) faiz dərəcəsini müəyyən edir: "Beləliklə, Mərkəzi Bank vəsaitləri 1 faiz ucuz yerləşdirməklə bazarda orta faiz dərəcəsini aşağı salmaq və ucuz likvidliklə təmin etmək niyyəti barədə siqnal verir. Çünki banklararası pul bazarında faiz dərəcələri artırdı ki, bu da nəticə etibarı ilə kreditlərin bahalaşmasına gətirib çıxara bilərdi. Başqa tərəfdən isə banklararası bazarda pulun bahalaşması yığımın artırılması üçün siqnaldır ki, bunu hələlik reallıqda görmək mümkün deyil”.

V.Qasımlının sözlərinə görə, pul bazasının təkcə bu ilin mart-aprel aylarında 2 milyard manatdan çox və ya 17 faiz daralması manatla faizlərin yüksəlməsinə rəvac verir: "Manatla nağd pul kütləsinin və bank ehtiyatlarının azalması, kredit resurslarını məhdudlaşdırır və faizlərə artırıcı təsir göstərir. Eyni zamanda pul multiplikatoru – bank sisteminin pul yaratmaq qabiliyyəti aşağı düşür. Banklararası REPO bazarında da orta faiz bu ilin mart-aprel aylarında iki dəfəyə yaxın yüksəlib. Buna görə də faiz dəhlizinin maksimal həddinin aşağı endirilməsi faizlərə cilovlayıcı təsir bağışlayacaq.”

V. Qasımlı hesab edir ki, tədiyyə balansında yaranmış kəsir fonunda investisiya fəallığının artırılması üçün faiz dərəcələrinin aşağı salınması arzuolunandır: "Ucuz və əlverişli maliyyələşmə mənbələrinin olması böhranla mübarizədə əsas şərtdir.”

V.Qasımlının sözlərinə görə, tədiyyə balansının kəsirinin yaranması uçot dərəcəsinin aşağı düşməsinə imkan vermir: "Bir yandan bizə ucuz maliyyə lazım olduğu kimi, digər tərəfdən də manatın sabitliyini qorumaq və inflyasiyanı nəzarətdə saxlamaq üçün uçot dərəcəsini aşağı salmaq olmur. Beləliklə, faiz dəhlizi parametrləri makro iqtisadiyyat üçün tarazlaşdırıcı olmalıdır. İndiki halda prioritet maliyyə sabitliyi, inflyasiyanın nəzarətdə saxlanılması və real sektorun maliyyələşdirilməsidir.”

İİTKM rəhbərinin fikrincə, Mərkəzi Bankın bundan əvvəlki qərarı ilə faiz dərəcələri dəhlizinin minimal həddi, yəni bir günlük vəsaitlərin cəlb olunma (REPO) faiz dərəcəsi də yüksəldilib: "Hazırda faiz dərəcəsi dəhlizi son bir ildə ən dar çərçivədədir, çünki mütəmadi olaraq dəhlizin yuxarı həddi azalır və aşağı həddi isə yüksəlir, bir sözlə, bir-birinə yaxınlaşdırılır. Məsələn, 1 il qabaq faiz dərəcəsi dəhlizinin aşağı və yuxarı hədləri 4% fərqlənirdisə, indi bu göstərici 1,25%-ə enib. Təqdirəlayiq haldır ki, paralel olaraq kredit və depozit faizləri arasında spreddə kiçilir.”

V.Qasımlı bildirib ki, bir günlük vəsaitlərin cəlbi və yerləşdirməsini ehtiva edən faiz dəhlizinin aşağı və yuxarı hədləri vasitəsilə Mərkəzi Bank bazarda likvidliyi çevik tənzimləyə bilir: "Bütün dünyada olduğu kimi, bizim Mərkəzi Bank da çalışır ki, onun təklif etdiyi faiz dəhlizi ilə orta bazar faizi arasında spred kiçilsin və transmissiya gücü artsın. Bu məqamda Azərbaycanda da beynəlxalq metodikaya uyğun orta bazar faizini – bençmarkı müəyyənləşdirmək yerinə düşərdi. Çünki bu alət istinad nöqtəsi olmaqla pul bazarında faizlərin müəyyənləşdirilməsində və monetar siyasətdə istifadə oluna bilər. Banklararası qısa müddətli faiz dərəcəsini təqdim etmək üçün Avrozonada EONİA, Rusiyada RUONIA və Qazaxıstanda TONİA kimi indekslərdən istifadə olunur.”
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə