Western Uniondan Van şəhərinə 50 min dollar yardım

Western Uniondan Van şəhərinə 50 min dollar yardım
Bütün Xəbərlər
23:55 02.11.2011
1310
Western Union (NYSE: WU) şirkəti, pul köçürmələri sahəsində dünya lideri, tərəfdaşları ilə birgə Western Union ®-un dünya üzrə bütün xidmət məntəqələrindən Türkiyənin zəlzələ zonası – Van şəhərinə göndərilən pul köçürmələri üçün “Komissiyasız köçürmə” aksiyası keçirir.Türkiyənin Van şəhərinə komissiyasız pul köçürmələrini xidmət məntəqələri, müvafiq valyuta və xidmətin işlək vəziyyətdə olması şərti ilə, Oktyabrın 27-dən Noyabrın 25 kimi həyata keçirmək mümkündür. Qohum və yaxud dostlarına kömək etmək arzusunda olan müştərilər aksiyada iştirak edən Western Union məntəqələri, telefon və www.westernunion.com saytı vasitəsi ilə pul köcürə bilərlər.Eyni zamanda, Western Union Fondu “Türkiyənin Qırmızı Aypara” təşkilatına təbii fəlakətlə mübarizə məqsədi ilə 50 000 ABŞ dollar məbləğində yardım etmişdir. Bununla belə, Western Union Fondu şirkətin Türkiyə Qırmızı Aypara təşkilatına pul köçürməsi edən hər bir əməkdaşının ianələrini artırmağa hazırdır. Şirkətin ABŞ-dan olan əməkdaşlarının ianələri 2 dəfə, digər ölkələrdən olan əməkdaşların ianələri isə - 3 dəfə artırılacaq. Beləliklə, hər bir işçinin pul köçürməsi Fondun vasitəsi ilə 100 000 ABŞ dollarına kimi artırıla bilər.“Mənim üçün doğma olan Türkiyə ilə birgə, bu ağır anları Western Union-da yaşayır. Təbii fəlakət Türkiyədə fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə öz mənfi təsirini göstərib. Hal hazırda Western Union tərəfdaşları ilə birgə, zərər çəkmiş regionlarda müştəri xidmətlərinin tam bərpası üzərində çalışır. Mən ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Biz fəlakətdən iztirab çəkmiş bütün insanların dərdinə şərikik” - Western Union şirkətinin prezidenti və Baş İcraçı Direktoru Hikmət Ersek (Hikmet Ersek) demişdir.Western Union Fondu Türkiyəyə zəlzələnin fəsadları ilə mübarizədə yardım etmək istəyən fiziki və hüquqi şəxslər üçün xüsusi hesab açıb. Bu aktivləşdirilmiş hesab vasitəsi ilə müştərilər dünya üzrə Western Union Quick PaySM, Quick Collect® və yaxud Western Union® Köçürmələri (mavi rəng şəklində) xidmət məntəqələrindən komissiyasız pul köçürə bilərlər. Bu zaman ödəməni alan WESTERN UNION FOUNDATION kimi, şəhərin kodu - WUFOUNDATION, hesab nömrəsi isə - TURKEY (Türkiyə Qırmızı Ayparası - Turkish Red Crescent) kimi göstəriləcək. Western Union Türkiyə Qızıl Ayparasına 5 000 ABŞ dollarına kimi məbləği komissiyasız göndərməyə imkan verir
OXŞAR XƏBƏRLƏR