“WhatsApp” ödənişli olur? - Yeni abunə xidməti istifadəyə verildi

“WhatsApp” ödənişli olur? - Yeni abunə xidməti istifadəyə verildi
SOSİAL
00:01 12.06.2026
311
"WhatsApp” yeni ödənişli abunə xidməti – "WhatsApp Plus”ı istifadəyə verib.

AZXEBER.COM xəbər verir ki, yeni paket istifadəçilərə tətbiqi daha geniş şəkildə fərdiləşdirmək imkanı yaradır. 

"WhatsApp Plus” abunəçiləri eksklüziv stikerlər göndərə, xüsusi tətbiq ikonları və mövzular seçə, fərdi zəng səslərindən istifadə edə, söhbət siyahılarını təkmilləşdirə və daha çox söhbəti sabitləyə biləcəklər.

Bundan əlavə, xidmət istifadəçilərə tətbiqin rənglərini dəyişmək və söhbət parametrlərini daha rahat idarə etmək imkanı təqdim edir.

"WhatsApp Plus” xidmətinin aylıq abunə haqqı 0,95 dollar (1,62 azn) təşkil edir. Abunə hər ay avtomatik yenilənir. İstifadəçilər ilk ay xidmətdən pulsuz yararlanacaqlar. 

Şahanə
OXŞAR XƏBƏRLƏR