"WhatsApp”a gələn yeni funksiya sayəsində gizli nömrələrdən gələn zənglər avtomatik olaraq səssizə alınacaq.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, proqram bu funksiyanı sınaqdan keçirməyə başlayıb.
Bu funksiya proqram parametrlərində yerləşəcək və aktivləşdirildikdə naməlum nömrələrdən gələn zənglər avtomatik olaraq səssizlənəcək.
Yeni funksiya, həmçinin istifadəçilərə spam zənglərini əhəmiyyətli dərəcədə azaltmağa kömək edə bilər. Beləliklə, fırıldaqçılıq və ya şəxsi məlumatların oğurlanması kimi halların qarşısı alına bilər.
Hələ sınaq mərhələsində olan yeni xüsusiyyət, yaxın zamanda yayımlanacaq yeniləmə ilə təqdim ediləcək.
Aydın











































