"WhatsApp"da video göndərənlərin NƏZƏRİNƏ - Hər kəsin gözlədiyi yeni funksiya gəlir

"WhatsApp"da video göndərənlərin NƏZƏRİNƏ - Hər kəsin gözlədiyi yeni funksiya gəlir
MEDIA
00:03 28.03.2023
1187
Windows, Android və iOS platformalarında davamlı sınaqlar həyata keçirən "WhatsApp" indi də ani video mesajlar funksiyası üzərində işləyir.

AZXEBER.COM xəbər verir ki, "WhatsApp" 60 saniyəyə qədər birdəfəlik video göndərməyə imkan verəcək.  

Yeni funksiya eynilə "Telegram" kimi işləyəcək və söhbətdə video çəkmək üçün düymə olacaq.

Bu şəkildə səsli mesajlar kimi video mesajlar da göndərmək asan olacaq. Göndərilən qısa videolar söhbət ekranında dairəvi formatda görünəcək və avtomatik oxuna biləcək.

Yeni funksiyanın ilk olaraq "iPhone" tətbiqinə əlavə ediləcəyi gözlənilir.

Aydın
OXŞAR XƏBƏRLƏR