“Whatsapp”dan daha iki yenilik

“Whatsapp”dan daha iki yenilik
Bütün Xəbərlər
12:29 27.02.2014
12926

Artıq telefondakı nömrələr siyahısında adı olmayan şəxs “Whatsapp” proqramında kiminsə profil şəkilinə baxa bilməyəcək

“Whatsapp”-dan iki möhtəşəm yenilik gəlir.
ANS PRESS-in məlumatına görə, 19 milyard dollara satılan WhatsApp, istifadəçilərinin əskik hesab etdikləri bütün çatışmazlıqları doldurmaq niyyətində olduğunu bəyan edib. Yeniliklər ondan ibarətdir ki, artıq bu proqramın istifadəçilərinin şəkillərinə profil sahibinin istəmədiyi şəxslər baxa bilməyəcək.
Daha bir yenilik isə ondan ibarətdir ki, telefondakı nömrələr siyahısında adı olmayan şəxs “Whatsapp” proqramında kiminsə profil şəkilinə baxa bilməyəcək. Həmçinin proqramdan istifadə vaxtının göstərilməsində də dəyişiklik ediləcək. Yəni profil sahibinin razılığı olmadan başqa istifadəçilər istədikləri şəxsin son proqramdan istifadə tarixinə baxa bilməyəcəklər.
OXŞAR XƏBƏRLƏR