xari

“WhatsApp”ın yeni təhlükəsizlik qaydalarını qəbul etməyənlərin aqibəti necə olacaq?

MARAQLI
20:20 21.02.2021
755
Bu yaxınlarda "WhatsApp”ın yeni təhlükəsizlik şərtlərinə əsasən, öz məlumatlar bazasını "Facebook”la paylaşması xəbəri geniş əks-səda doğurub.

İstifadəçilərin ciddi etirazları səbəbindən yeniliyin tətbiqi fevralın 8-dən mayın 15-dək təxirə salınıb. Bəs təhlükəsizlik qaydalarındakı yeniliklər qüvvəyə mindikdən sonra bu şərtləri qəbul etməyənlərin aqibəti necə olacaq?

"Haber Global”ın məlumatına görə, həmin şəxslərin "WhatsApp” hesabları müvəqqəti olaraq passiv hala gətiriləcək. İstifadəçi ona gələn mesajlardan xəbərdar olsa da, həmin mesajları oxuya bilməyəcək. 120 gün ərzində yeni təhlükəsizlik şərtləri təsdiq edilmədikdə isə hesab birdəfəlik bağlanacaq.

Qeyd edək ki, bu yeniliklər artıq bir çox "WhatsApp” istifadəçisinin alternativ mesencerlərə üz tutmasına səbəb olub. Yaxın gələcəkdə prosesin daha da sürətlənəcəyi güman edilir.

OXŞAR XƏBƏRLƏR