Wikileaks Ermənistan-İran silah alverindən yazdı

Wikileaks Ermənistan-İran silah alverindən yazdı
Bütün Xəbərlər
10:37 07.10.2011
1888

Amerikalı diplomatlar İrana 100 tank əleyhinə raketin və Bolqarıstan istehsalı olan avtomatların satışına görə Ermənistan müdafiə naziri Seyran Ohanyana etirazlarını bildiriblər. Bu barədə WikiLeaks saytı məlumat verib.

Belə ki, 2008-ci il, 17 iyun tarixli məktubda ABŞ-ın Ermənistandakı səfiri bu barədə o zamankı dövlət katibi Kondoliza Raysa məlumat verib. WikiLeaks-in məlumatına görə, 2008-ci ildə İraq şiələrində olan həmin silahların gətirilməsi marşrutunu aydınlaşdırmaq məqsədi ilə K.Rays Ermənistandakı səfir Mari Yovanoviçə müvafiq tapşırıq da verib. ABŞ-ın İrəvandakı səfirliyinin əməkdaşlarının yığdığı məlumatlar ABŞ Dövlət Departamentinə ötürülüb. Məlumatlara əsasən, İraq şiələrindən müsadirə olunan Bolqarıstan istehsalı olan raket və avtomatları Bolqarıstan Ermənistana, sonuncusu isə öz növbəsində İrana satıb, Tehran isə İraq şiələrinə göndərib. Depeşaya görə, rəsmi İrəvan bu məsələni qəti şəkildə inkar etsə də amerikalı diplomatlar müdafiə naziri Seyran Ohanyana bildiriblər ki, İraqda müsadirə olunan bolqar avtomatlarının seriya nömrələri Bolqarıstan-Ermənistan silah kontraktında olan seriya nömrələri ilə üst-üstə düşür: “Bundan sonra müdafiə naziri deyilənlərlə razılaşıb”. Məktubda o da bildirilir ki, ABŞ diplomatları İrana silah satışının dayandırılmayacağı təqdirdə İrəvana qarşı sanksiyaların tətbiq olunacağını da dövlət katibinin adından bildiriblər.

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
10:10 14.06.2025
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
Tanınmış tarzən vəfat etdi
10:06 14.06.2025
Tanınmış tarzən vəfat etdi
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
10:04 14.06.2025
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
09:59 14.06.2025
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
09:57 14.06.2025
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
09:47 14.06.2025
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
09:46 14.06.2025
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
09:41 14.06.2025
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
09:38 14.06.2025
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
02:47 14.06.2025
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
01:36 14.06.2025
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
00:37 14.06.2025
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
23:54 13.06.2025
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
23:44 13.06.2025
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
23:33 13.06.2025
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
İran ordusuna yeni baş komandan təyin edildi
23:29 13.06.2025
İran ordusuna yeni baş komandan təyin edildi