"Wikileaks" Nalbandyanın Klintona yazdığı məktubu yayımladı

"Wikileaks" Nalbandyanın Klintona yazdığı məktubu yayımladı
Bütün Xəbərlər
12:26 26.08.2011
1479

"Wikileaks" saytı ABŞ-ın Ermənistandakı səfirliyinin 20-dən çox məktubunu dərc edib. Onlardan biri erməni-türk protokollarının imzalanmasından 10 gün sonra, 2009-cu ilin 20 oktyabr tarixində Ermənistan xarici işlər naziri Edvard Nalbandyan tərəfindən ABŞ dövlət katibi Hillari Klintona göndərilib. Həmin günlər Cənubi Qafqazı ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydenau ziyarət etmişdi. O, İrəvanda Edvard Nalbandyanla görüşmüş və xarici işlər naziri ona ABŞ dövlət katibinə ünvanlanmış məktubunu çardırmışdı. "Wikileaks" saytı məktubun mətnini dərc edib. Burada Edvard Nalbandyan yazır ki, Tina Kaydenaunun səfərindən faydalanaraq ona məktubu təqdim edir. "Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında həlledici rolunuza görə Dövlət Departamentinə və şəxsən Sizə öz məmnunluğumu bildirmək mənim üçün böyük sevinc və qürur hissi verir. Mən həmçinin Sürixdə ikitərəfli protokolların imzalanmasına verdiyiniz vacib töhfəyə görə sizə bir daha minnətdarlığımı bildirmək istərdim", deyən Nalbandyan razılığını dövlət katininin müavini Filip Qordona və ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviçə də prosesdəki səylərinə görə razılığını çatdırmağı xahiş edib. Bu sözlərdən sonra Ermənistan xarici işlər naziri yazıb: "Türkiyə tərəfindən Sürixdə son anda yaradılmış çətinlik göstərdi ki, indi biz pozitivliyin saxlanılması və situasiyanın prosesi poza biləcək dərəcədə inkişaf etməsinin qarşısını almaq üçün münasibətlərin yaxşılaşdırılmasında növbəti mərhələri diqqət mərkəzində saxlamalıyıq". Edvard Nalbandyan əmin edib ki, Ermənistan protokollardan irəli gələn öhdəliklərə hörmət etməyə davam edir: "Mən səmimi qəlbdən inanıram ki, protokolların ratifikasiyasından və uğurla reallaşdırılmasından sonra, bu sənədlər Ermənistan və Türkiyə arasında münasibətlərin əsasını təşkil edəcək və bütün Cənubi Qafqaz üçün faydalı ola bilər". Ermənistan xarici işlər naziri əlavə edib ki, "Bir ildən çox çəkən çətin işdən sonra tərəflər çox vacib, amma eyni zamanda münasibətlərin normallamasında o qədər də möhkəm olmayan mərhələdədirlər və iki xalqın tarixi barışıq imkanı üçün Sizin yardımınız çox vacibdir". "Mən ümid edirəm ki, bizim sıx və effektiv əməkdaşlığımız regionda davamlı stabilliyin güclənməsi və erməni-amerika tərədaşlığı üçün davam edəcək", deyə Ermənistan XİN rəhbəri əlavə edib. Qeyd edək ki, artıq Türkiyə parlamenti erməni-türk protokollarını qüvvədən düşmüş hesab edib.Türkiyə parlamentinin daxili nizamnaməsinə əsasən qurumun əvvəlki heyəti tərəfindən müzakirə olunmayan qanun layihələrinin hüquqi qüvvələri bitmiş sayılır. Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpa edilməsinə dair protokollar 2009-cu ilin 10 oktyabr tarixində Sürixdə imzalanıb. Protokollardan biri iki ölkə arasında münasibətlərin inkişafını, digəri isə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur. Lakin Ermənistan Türkiyənin ön şərt irəli sürməsini bəhanə gətirərək 2010-cu ilin 22 aprelində bu prosesin dondurulması haqqında qərar qəbul edib.

//Ans Press

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib