"Xəzər" "İnter"i 10 dəqiqəyə bitirdi

İDMAN
19:20 27.02.2011
1809

İkinci “altılıq”da oynayacaqları rəsmiləşən “Qəbələ” və “Gəncə” qolsuz “sülh”lə ayrılıb. Qar üzündən 1 saat gec oynamalı olan “Simurq”la “Muğan”ın görüşünün taleyini isə 1 qol həll edib. Salyanlılar sonda vurulan qolla uğurlu seriyanı davam etdiriblər.

Turun mərkəzi oyunu isə daha məhsuldar alınıb. Son ölkə çempionu “İnter”in qonağı olan “Xəzər Lənkəran” istəyinə 3 qolla çatıb.

“Neftçi”dən uzaq düşməməyə çalışan lənkəranlıların böyük hesablı qələbəsinə isə yalnız penalti imkan verməyib. “Birlik kuboku”nun bombardiri Girts Karlson komandasını biabırçılıqdan xilas edən təsəlli qolunu vurub. Lakin bakılılar bu turadək sahib olduqları 3-cü pillə ilə vidalaşıblar. Belə ki, “Qarabağ” 2 gün əvvəl “İnter”i arxada qoymuşdu.

27 fevral

14:00. "Qəbələ" - "Gəncə" - 0:0
QIRMIZI VƏRƏQƏ: Ramal Hüseynov, 42
Hakimlər: Ramil Diniyev, Azad Ə. Hüseynov, Azad Q. Hüseynov, Rasim Məmmədov
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0

15:00. "Simurq" - "Muğan" - 0:1
QOL: Con Pelu, 82
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal Əliyev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
İlk dövrədəki oyun – 0:1

16:00. "İnter" - "Xəzər Lənkəran" - 1:3
QOLLAR: Girts Karlson, 60-p - Hristu Kiaku, 9, Adrian Pit, 19, Uinston Parks, 50
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Munis Abdullayev, Rauf Cabbarov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:0

Turnir cədvəli

1 Neftçi 22 14 6 2 40-9 48
2 Xəzər Lənkəran 22 14 5 3 28-12 47
3 Qarabağ 22 13 3 6 30-14 42
4 İnter 22 12 4 6 24-16 40
5 AZAL 22 9 9 4 27-16 36
6 Bakı 22 9 6 7 28-21 33
7 Qəbələ 22 8 7 7 19-14 31
8 Muğan 22 7 6 9 14-23 27
9 Gəncə 22 5 9 8 23-27 24
10 Turan 22 3 6 13 17-35 15
11 Simurq 22 2 6 14 12-34 12
12 MOİK 22 1 3 18 6-47 6

OXŞAR XƏBƏRLƏR