"Xəzər-Lənkəran" Anar Salmanovu yıxıb-sürüdü

"Xəzər-Lənkəran" Anar Salmanovu yıxıb-sürüdü
İDMAN
20:59 04.03.2011
2499

“Xəzər Lənkəran” Futbol Klubu Azərbaycanda futbolun inkişafı prosesinin aparıcı tərkib hissəsidir. Yarandığı gündən qarşısına ölkə futboluna inkişaf və müxtəliflik gətirmək məqsədini qoyan və bugün də bu məqsəd uğrunda böyük azarkeş kütləsinin dəstəyi ilə fəaliyyətini davam etdirən “Xəzər Lənkəran” hər zaman ona qarşı yönələn ədalətsizliklərə münasibət bildirib. Sağlam rəqabət prinsipinə daim əməl edərək və bu prinsipdən yayınmanı yolverilməz hesab edərək klubumuza və ölkə futboluna zidd əməllərə etiraz etməyi özümüzə borc bilirik.

Təəssüflə bildiririk ki, futbola yatırılan böyük vəsaitlərin qarşılığında bir sıra insanlar öz şəxsi mənafeləri naminə Azərbaycanda bu idman növünün geriləməsinə səbəb olur. Biz ayrı-ayrı şəxslərin xırda ambisiyaları səbəbindən qarşımıza qoyduğumuz böyük məqsədlərdən yayınmayacağımızı bir daha hər kəsin nəzərinə çatdıraraq, yaranmış bu vəziyyətdə sadəcə məlum faktları göstərib suallarımıza cavab tələb edirik.

Qeyd olunan oyunda “Xəzər Lənkəran”ın qalib gəlməsinə baxmayaraq, 90 dəqiqə ərzində hakimin komandamıza qarşı haqsız qərarlarına göz yuma bilmərik. 1:0 hesabı ilə öndə olduğumuz zaman qapımıza təyin olunan penaltinin absurd olduğu videoyazıda açıq-aşkar görünür. Bundan əlavə hesab 4:2 olarkən hakimin gözü önündə Elnur Abdullayevə qarşı qayda pozulmasına baxmayaraq, oyun davam etdirildi və əks-hücum nəticəsində komandamızın qapısından qol keçirildi. Həmçinin, bütün oyun boyu “Xəzər Lənkəran”ın qapısına doğru yerli-yersiz olaraq çoxlu sayda cərimə zərbələri təyin edilmişdir. Ən ağlasığmaz isə öz texniki zonasında heç bir qaydaya zidd hərəkət etməmiş baş məşqçi Mirça Rednikin oyundan kənarlaşdırılması oldu.

AFFA səviyyəsində ümumilikdə futbola göstərilən dəstək nəticəsində hakimlik məsələsinə böyük diqqət ayrıldığını bilirik. Elədirsə, klub rəhbərliyinə zəng vuraraq oyunun müvafiq şəkildə bitməsi üçün rüşvət istəyən Anar Salmanov nə üçün hələ də federasiyanın bayrağı altında keçirilən oyunları idarə etmək hüququna malikdir? Göstərdiyimiz bu faktda əminliyimizə isə heç bir şübhə ola bilməz, çünki zəng edilən həmin klub məhz “Xəzər Lənkəran” Futbol Klubu olub. Bu faktın sübutlarını AFFA-ya göndərdiyimizə baxmayaraq, Hakimlər Komitəsi yenidən məhz Anar Salmanovu və məhz “Xəzər Lənkəran”ın “Neftçi” ilə keçirilən prinsipial oyununa təyin edib. O “Neftçi” ilə ki, Anar Salmanovun doğma qardaşı o klubda massajçı qismində çalışır. Belə aşkar fakt olduğu halda heç bir obyektivlikdən söhbət gedə bilməz.

Bu hakimin “Muğan” – “Xəzər Lənkəran” oyununda etdiyi özbaşınalıqdan və bizim buna etdiyimiz etirazdan da o qədər də çox zaman keçməyib. Biz o vaxtdan həyəcan siqnalı verərək, xəbərdar etmişdik ki, belə xoşagəlməz faktlara göz yummaq daha da pis nəticələrə çıxaracaq. Lakin həmən zaman sərt cəza ilə üzləşməyən Salmanov artıq dünənki görüşdə daha da ifrat formada haqsızlıqlar etdi. Onun bundan sonra da cəzasız qalmasının nəyə gətirib çıxaracığını hətta təsəvvür etmək çətindir.

Hal-hazırda respublikamızda korrupsiya əleyhinə keçirilən genişmiqyaslı tədbirlərin fonunda, bilavasitə bizə aidiyyatı olan futbol sahəsində də müvafiq addımların federasiya səviyyəsində atılmasını qaçılmaz hesab edirik. Bu yöndə ilk növbədə adı çirkin əməllərdə hallanması adi hala çevrilmiş Hakimlər Komitəsində islahatların aparılması zəruri olmasında əminliyimizi bildiririk və lazımi tədbirlərin dərhal və təxirəsalınmadan görülməsini tələb edirik.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
15:27 02.10.2026
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
15:06 02.10.2026
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
15:03 02.10.2026
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
14:49 02.10.2026
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
14:46 02.10.2026
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
14:21 02.10.2026
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
14:10 02.10.2026
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
14:05 02.10.2026
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
13:58 02.10.2026
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
13:48 02.10.2026
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
13:39 02.10.2026
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
13:11 02.10.2026
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Leysan, dolu, qar... - Sabahın havası
13:01 02.10.2026
Leysan, dolu, qar... - Sabahın havası
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
12:52 02.10.2026
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
12:27 02.10.2026
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR