"Xəzər Lənkəran" Azərbaycan kubokunu qazandı

İDMAN
19:30 24.05.2011
1909

Fariz Yusifovun idarə etdiyi həlledici oyunun əsas vaxtında qapılara top vurulmayıb. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə də oynanılıb. Əlavə vaxtın ilk dəqiqəsində “Xəzər Lənkəran” hesabı açıb. Uinston Parks zərbəsindən sonra qapı tirindən döznən top qapıçı Lomayanın kürəyinə dəyərək tora qovuşub. Amma “ağ-yaşıllar” qələbə hesabını qoruya bilməyiblər. 7 dəqiqə sonra Girts Karlsons bərabərlik topunu vurub.

Növbəti 15 dəqiqədə isə qapılara top vurulmadığından qalib lotereyada - penalti zərbələrindən sonra bəlli olub. 11 metrlik cərimə zərbələrini isə daha dəqiq yerinə yetirən “Xəzər Lənkəran” NBC Azərbaycan kubokunun qalibi olub.

Bununla, “İnter” klubunun avrokuboklara yollanmaq ümidi puça çıxıb. Belə ki, “Xəzər Lənkəran”ın qələbəsi sayəsində çempionatı 4-cü yerdə bitirən AZAL Avroliqaya vəsiqə qazanıb.


NBC Bank Azərbaycan kuboku
Final
24 may

20:00. “İnter” (Bakı) – “Xəzər Lənkəran” - 1:1 (penaltilərlə 2:4)
QOLLAR: Girt Karlsons, 100 - Uinston Parks, 93

Penaltilər seriyası: Mureşan, (0:1); Karlsons, (1:1); Elnur Abdullayev, (1:1); Çervenka, (1:1); Pits, (1:2); Odikadze, (2:2); Kyaku, (2:3); Arif Daşdəmirov, (2:3); Muşat, (2:4)

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Munis Abdullayev, Əliyar Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

 

OXŞAR XƏBƏRLƏR