Xaçmaz və Şabran rayonunun kəndlərinə təbii qaz verilib

Xaçmaz və Şabran rayonunun kəndlərinə təbii qaz verilib
Bütün Xəbərlər
17:30 19.11.2013
582

Bu gün Xaçmaz rayonunun Çiləgir və Şabran rayonunun Çölquşçu kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

AZXEBER.COM ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Çiləgir kəndində keçirilmiş tədbirdə bildirilib ki, 266 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli qaz təchizatı sistemi əsasında ümumi uzunluğu 17 858 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 266 ədəd sayğac quraşdırılıb.

Şabran rayonunun Çölquşçu kəndinə təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə isə qeyd edilib ki, 184 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli qaz təchizatı sistemi əsasında ümumi uzunluğu 16 758 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 184 ədəd sayğac quraşdırılıb.

OXŞAR XƏBƏRLƏR